Icma.az
close
up
RU
Bir vəsiyyətin hekayəsi: Sobudan yadigar qalan xalçalar FOTOREPORTAJ

Bir vəsiyyətin hekayəsi: Sobudan yadigar qalan xalçalar FOTOREPORTAJ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın cənub-qərbində, dağların qoynunda yerləşən Sobu kəndi – Zəngilan rayonunun təbiəti və tarixi ilə seçilən unikal yaşayış məskənlərindən biridir. Bu kəndi görənlər deyir ki, Sobuya bir dəfə yolun düşsə, geri qayıtmaq istəmirsən. Dağların əhatəsində, sərin bulaqların, yaşıl meşələrin qoynunda yerləşən kənd həm də insanları ilə fərqlənirdi – təmiz, saf həyat tərzi, uzunömürlülüyü, dərin köklərə malik adət-ənənələrilə...

Modern.az saytı Sobu kəndi ilə bağlı maraqlı xatirələri öyrənmək üçün onun sakinləri ilə həmsöhbət olub. Onlar ötən günlərə boylanaraq, həm təbiətin gözəlliyindən, həm də kəndin özünəməxsus adət-ənənələrindən danışıblar.

Sobulu riyaziyyat müəllimi Elbrus Hüseynov deyir ki, kənddə demək olar ki, təbiətin hər bir gözəlliyi mövcuddur:


“Kəndimiz bulaqları, zəngin flora və faunası, sıx meşələri, qoz ağacları, münbit zəmiləri ilə sanki canlı təbiət muzeyini xatırladır. 30 təsərrüfatdan ibarət olan kənddə illərlə formalaşmış bir həyat tərzi vardı: sağlam qidalanma, təmiz hava və ən əsası isə siqaret və spirtli içkilərin adı belə çəkilməzdi”.

Elbrus müəllimin sözlərinə görə, 1980-ci illərə qədər Sobuda nə siqaret çəkən, nə də içki içən olub.

“Ağsaqqalların dediyinə görə, bu zərərli vərdişlər haçansa kəndə qonaq gəlmiş iki gəncin təsiri ilə daxil olub. Onların gətirdiyi siqaret və içki bəzi gənclər tərəfindən qəbul edilsə də, kəndin əsas kütləsi bu cür vərdişlərdən uzaq yaşayıb”.

Həmsöhbətimizin sözlərinə görə, Sobu kəndini fərqləndirən özəl cəhətlərdən biri də kişilərin “eşmə bığ” saxlaması olub:


“Bu, sadəcə xarici görünüş deyil, bir qürur simvolu, kişilik nümunəsi sayılırdı. Kəndin ağsaqqalları, hətta 80-90 yaşlı kişiləri belə ata minərək meşəyə gedər, 30-40 dəqiqə keçməmiş yüklü geri qayıdardılar. Əhlai belə bir sağlam təbiətdə, sağlam mühitdə həyat tərzi keçirərdi”,- E.Hüseynov əlavə edib.

Toxunmuş tarix – xalçaların dili

Xalçalar – bir dövrün, bir xalqın, bir kəndin yaddaşını özündə yaşadan sənət nümunələridir.

Fotoreportajımızın əsas məğzini də elə ötən əsrdə Zəngilanın Sobu kəndində toxunan əl əməyi xalça nümunələri təşkil edir.

Fotolarda gördüyümüz xalçalar, toxuculuq nümunələri Sobu kənd sakini Ördək Həsənova tərəfindən hazırlanıb.

Onun qızı Mədinə Cümşüdova xalçaların tarixi, anasının vəsiyyəti barədə təəssüratlarını bizimlə bölüşüb.
Müsahibimizin sözlərinə görə, təqdim olunan xalçalar 19-cu əsrin 50-ci illərinə, eləcə də 1965 və 1982-ci illərə aiddir. Anasının göz nuru ilə toxuduğu bu xalçalar, əl işləri olan corablar ona vəsiyyət olaraq əmanət qalıb.


“Anam vəfat etməzdən öncə demişdi ki, Zəngilan azad olunarsa, bu xalçalar doğma yurda qaytarılsın və muzeyə verilsin. Məndən elimə, obama, xalqıma millətimə yadigar olsun”,- deyə o bildirib.

Mədinə xanım, bu xalçaların təkcə ev əşyası deyil, həm də müəyyən məna və motiv daşıdığını da dilə gətirib:

“Anamın toxuduğu xalçalar üzərindəki ceyran naxışı ilə tanınır və yalnız Zəngilan rayonunun Sobu kəndində toxunmuş xalçalarda bu elementə rast gəlinir. Onlar “Əsli və Kərəm” motivli xalçalar hesab olunur və bu naxışlar öz növbəsində bölgənin mədəni kimliyinin simvoluna çevrilib”.

1993-cü ildə Zəngilanın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı evdən çıxarkən götürülən ən son əşyalar da məhz bu xalçalar olub:

“Mən sevinirəm ki, anamın əl əməyi, göz nuru olan bu xalçalar çölə, zibilə atılmır. Mən onu dövlətimizə təhvil verirəm”, - deyə o göz yaşlarıyla deyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri