Icma.az
close
up
RU
Bir vətəndaş 10 min, digəri 400 manat pensiya alır: Bu ədalətlidir?

Bir vətəndaş 10 min, digəri 400 manat pensiya alır: Bu ədalətlidir?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var.

Bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.

Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığını qiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir.

Asılılıq əmsalı-sosial sığorta haqqı ödəyən şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici 2024-cü ilin əvvəlinə 54,2 %, ilin sonuna isə 51,7 % təşkil edib. 

Hesablama Palatası qeyd edir ki, bu göstəricidə müəyyən müsbət meyil müşahidə olunsa da, pensiya sisteminin maliyyə sabitliyini təmin etmək üçün əlavə hüquqi baza və mexanizmlərin yaradılması zəruridir.

Qurumun strateqlərinin yanaşmasına görə, əmək bazarının rəsmləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək baxımından əsas istiqamətlərdən biri olmalıdır.

Qeyd edək ki, bugünlərdə pensiya yaşının artırılması ilə bağlı da təkliflər səsləndirilib. Əgər pensiya sistemində islahatlar aparılacaqsa, burada hansı məqamlar əsas götürülməlidir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, pensiya sistemi ilə bağlı islahatlar yalnız yaş həddi ilə bağlı deyil: 

“Burada daha ciddi problemlər var. Məsələn, pensiya sistemində dayanıqlığı təmin etmək, yəni davamlı olaraq 20-30 il bu fondun pensiya təminatını reallaşdırmaq üçün ciddi islahatlara ehtiyac var.

Bu islahatlardan ən önəmlisi pensiya sistemində ədalətin bərpa olunmasıdır. Hazırda əksər  pensiyaçılar 400 manat ətrafında pensiya alır. Ancaq 10-15 min manat məbləğində pensiya alanlar da var. Həmin 10 min manatla 400 manatı toplayıb yarı böldükdə hər bir pensiyaçıya 5200 manat düşür.  Ancaq məsələ burasındadır ki, orta rəqəm reallığı əks etdirmir.

Mövcud pensiya məbləğindəki fərq problemini  aradan qaldırmaq və ədalətli bölgü sistemi formalaşdırmaq üçün bugünlərdə millət vəkili Vüqar Bayramovun səsləndirdiyi təklif çox önəmlidir. O təklif edir ki, hər il əmək pensiyasının indeksləşdirilməsi zamanı indeksasiya rəqəmi hamıya eyni məbləğdə şamil edilməməlidir.

Məsələn, indeksasiya faizi 10 faizdirsə, 400 manat pensiya alanın pensiyasını 20 faiz, 10 min manat pensiya alanın pensiyasını 2 faiz artıraq. Rəqəmlər şərtidir. Ancaq təklifin mahiyyəti ondan ibarətdir ki, getdikcə təzadlı fərqlər həm aradan qalxsın, həm də pensiya sisteminin yükü azalsın. Bu istiqamətdə nəzərdə tuturlar ki, addımlar atsınlar”. 

Yaş həddinə gəldikdə isə ekspertin fikrincə, yaş həddinin artırılmasına heç bir əsas yoxdur:

“Rəsmi statistikaya görə, Azərbaycanda orta yaş ömrü 74 ildir. Ancaq indiki qanunvericiliyə görə, Azərbaycanda 65 yaşında pensiyaya çıxırlar, hökumət 77 yaşına qədər pensiyaya çıxan əhalini pensiya təminatı ilə əhatə etməlidir. Orta yaş həddi 77-ni keçdikdən sonra bu haqda düşünməyə dəyər. Yəni yaş həddinin artırılması ilə bağlı təkliflər gözlənilən deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: pensiya Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri