Bir yandan sökürlər, bir yandan tikirlər... Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, xüsusilə paytaxtın mənzil bazarına təsir göstərən bir neçə vacib amil var. Hər şeydən əvvəl Bakının müxtəlif yerlərində söküntü işlərinin aparılmasını nəzərə almaq lazımdır. İşlər nəinki səngiməyib, əksinə daha da sürətlənib. Söküntü işləri bazarda yeni alıcıların, bəzi hallarda isə oyunçuların peyda olmasına şərait yaradır. Əslində, böyük mənada durğunluqdur. Amma müxtəlif ərazilərdəki işlər fəallığı ciddi şəkildə artırır.
Əmlak bazarı üzrə ekspertlər hətta artımın hər ay olduğunu iddia edirlər. Ramil Osmanlı yazılarında, açıqlamalarında ən azı 1 faizlik artımdan söz açır. Yəni hər il azı 12-15 faiz bahalaşma gözləniləndir.
Ekspertlər payızda mənzil bazarında yenə qiymət artımı olacağını proqnozlaşdırırlar. Çünki ipoteka kreditlərinin növbəti dalğası gözlənilir. Hər dəfə bu amil də özünü göstərir. Kreditlər söküntü işlərindən daha çox oyunçu “istehsal edir”. Belə fikir formalaşıb ki, mənzili əldə edərək kirayəyə verməklə ümumi xərci çıxarmaq olar. İllərdir bu təcrübədən istifadə olunur. Dövlət qurumlarında işləyənlər məharətlə ideyanı həyata keçirirlər.
Payızda söküntü işlərinin sürətlənməsi və kredit dalğası özünü göstərəcək. Çox asanlıqla qiymət artımını proqnozlaşdırmaq olar. Bu iddia kirayə mənzillərə də aiddir. Çünki qabaqdan yeni tədris mövsümü gəlir. İndidən artım hiss olunur. Payızda vəziyyətin necə istiqamət alacağını təsəvvür etmək də olmur. Bahalaşma qaçılmazdır.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 İyul 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















