Icma.az
close
up
RU
Biraz da bahalaşma olacaq Bakıya axın var

Biraz da bahalaşma olacaq Bakıya axın var

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər Bakıda kirayə mənzil bazarında qiymətlərin nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur. Paytaxtda bir neçə il əvvəl nisbətən münasib qiymətə kirayə verilən mənzillərin dəyəri hazırda xeyli yüksəlib. Bu vəziyyət xüsusilə tələbələr, gənc ailələr və kirayədə yaşayan insanlar üçün əlavə maliyyə yükü yaradır. Bəs paytaxtda kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri nədir? 
Bu barədə Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son dövrlərdə Bakıda kirayə mənzillərin qiymətinin sürətlə bahalaşması bir neçə amilin eyni vaxtda təsir göstərməsi ilə bağlıdır:
“Paytaxtda əhali sayı sürətlə artır və regionlardan Bakıya köç prosesi davam edir. İş, təhsil və daha yaxşı həyat şəraiti axtaran insanlar paytaxta üz tutur və bu da kirayə mənzilə tələbatı artırır. Tələbat artdıqca isə bazar qanunlarına uyğun olaraq qiymətlər də yüksəlir. Son illərdə Bakıya gələn əcnəbilərin və müvəqqəti çalışan xarici mütəxəssislərin sayı da artıb. Onların əksəriyyəti uzunmüddətli kirayə mənzil axtarır və daha yüksək qiymət ödəməyə hazır olur. Bu da bazarda ümumi qiymət səviyyəsinin yüksəlməsinə təsir edir. Turizm sektorunun inkişafı da kirayə bazarına təsirsiz ötüşmür. Bəzi mənzil sahibləri uzunmüddətli kirayə verməkdənsə, mənzillərini gündəlik və ya qısamüddətli kirayə üçün təklif edirlər ki, bu da adi kirayə mənzillərin sayını azaldır”.
Onun sözlərinə görə, yeni tikilən binalarda mənzil qiymətlərinin artması da kirayə bazarına birbaşa təsir edir:
“Mənzil sahibi yüksək qiymətə aldığı evi kirayə verərkən investisiyasını tez qaytarmaq istəyir və buna görə kirayə haqqını yüksək təyin edir. Kommunal xərclərin, xidmət haqlarının və yaşayış xərclərinin artması da kirayə qiymətlərinə əlavə təzyiq yaradır. Tələbə axını da hər il kirayə bazarında qiymətlərin artmasına səbəb olan faktorlardan biridir. Universitetlər açılan dövrdə minlərlə tələbə Bakıda qalacaq yer axtarır və bu zaman kirayə qiymətlərində daha kəskin artım müşahidə olunur. Bəzi mənzillərin satış məqsədilə bazardan çıxarılması kirayə üçün təklif olunan evlərin sayını azaldır. Bakıda kirayə bazarında əsas problem təklif və tələbat arasındakı balansın pozulmasıdır. Tələbat sürətlə artır, lakin kirayə üçün real təklif eyni sürətlə artmır. Bu isə qiymətlərin stabil qalmasına imkan vermir. Əgər yaxın illərdə yeni yaşayış layihələri və kirayə bazarına yönəlmiş dövlət proqramları həyata keçirilməzsə, qiymətlərin müəyyən müddət daha yüksək səviyyədə qalması ehtimalı böyükdür”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri