Icma.az
close
up
RU
Maşın yağları biraz da bahalaşacaq

Maşın yağları biraz da bahalaşacaq

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Avtomobil sahiblərini ən çox narahat edən məsələlərdən biri mühərrik yağlarının qiymətində müşahidə olunan artımdır. Bu məhsulların həm idxaldan asılı olması, həm də dünya bazarındakı dəyişikliklərə həssaslığı qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. Nəticədə sürücülər üçün avtomobilin saxlanma xərcləri getdikcə artır və bu prosesin səbəbləri müxtəlif iqtisadi və qlobal amillərlə izah olunur.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, mühərrik yağları idxal olunur və Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə kimi ölkələrdən gətirilir:
"İstehsalçıların maya dəyəri artdıqca xaricdə bu hallar baş verir, zavod qiymətləri də artır və Azərbaycana idxal qiymətlərində artım müşahidə olunur. İlk növbədə logistika və daşınma xərclərini nəzərə almaq lazımdır ki, bunların artımı məhsulun qiymətinin yüksəlməsinə səbəb olur.
Əsas səbəblərdən biri dövlətlərarası münasibətlər, regional münaqişələr və dünya dövlətləri arasında 1940-cı illərə bənzər kəskin gərginliklərin mövcud olmasıdır. Bu vəziyyət beynəlxalq daşıma tariflərində artıma səbəb olub. Artımın əsas səbəbi təhlükəsizliyin təmin olunmasıdır. Təhlükəli daşımalar daha yüksək qiymətlə icra olunur".
Ekspert deyib ki, ikinci səbəb təhlükə səbəbindən daşımaların dövriliyi azalır:
"Daşımaların dövriliyi azaldıqda logistika şirkətləri tarifləri yüksəldir və yük daşımalarının azalmasından yaranan zərəri kompensasiya edirlər. Bu proses bəzən birbaşa izah olunmur, lakin realda qiymət artımı xərclərin böyüməsi ilə əsaslandırılır. Əsasən itkilərin kompensasiyası məqsədilə xidmət haqları artırılır və bu 30 faizlik artıma təsir göstərir. Eyni zamanda dünya bazarında, xüsusilə neft və yağ bazarında qiymətlərin artımı da təsir göstərir. Bu proseslər birlikdə bazarda ümumi qiymət artımına səbəb olub.
Digər tərəfdən, uzun müddət İran, Amerika və İsrail arasında gərginliklər yük daşımalarında fasilələr yaradıb və bu da ölkədə ehtiyatların sürətlə satılmasına səbəb olub. Ehtiyatlar azaldıqdan sonra bazarda qıtlıq yaranıb. Qıtlıq psixoloji olaraq qiymətlərin artmasına səbəb olur.
Hal hazırda "Castrol", "Liqui Moly", "Motul", "Mobil" və digər məşhur markalar Azərbaycanda istifadə olunur. Bu markaların dünya bazarındakı qiymət artımı və ölkəyə gətirilmə xərclərinin yüksəlməsi daxili bazara təsir edir. Daha ucuz məhsulların gətirilməsi qiymət artımını azalda bilər, lakin bu məhsulların keyfiyyət məsələsi var. Buna görə bu istiqamətdə ciddi tənzimləmə gözlənilmir. Nəticə olaraq, qiymət artımı davam edəcək. Avtomobilin saxlanması və ümumilikdə ona sahib olmaq daha da çətinləşir. Mövcud iqtisadi şərait bunu ağırlaşdırır və bu da qiymət artımı ilə özünü göstərir. Prosesin yaxın aylarda da davam etməsi gözlənilir. Premium yağlarda təxminən 10 faizə qədər, orta seqmentdə isə 5 faizə qədər əlavə artım ehtimalı var",- deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyun 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri