Icma.az
close
up
RU
Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Birbank dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq. Kitabda Birbank-ın Azərbaycanda rəqəmsal bankçılığın inkişafında oynadığı əhəmiyyətli rol və təqdim etdiyi innovativ həllərin yerli müştəri davranışlarına və rəqəmsal maliyyə savadlılığına təsiri geniş şəkildə təhlil ediləcək.

100 ölkəni əhatə edən “Müasir Marketinqin Əsasları” kitabı dünyanın müxtəlif bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Kitabda brend idarəçiliyi, məhsulun bazara çıxarılması, qiymət strategiyaları, marketinq kommunikasiyaları və rəqəmsal transformasiyanın marketinq strategiyalarına təsiri kimi mövzular geniş şəkildə araşdırılır. Kotler rəqəmsal texnologiyaların müştəri davranışına və marketinq yanaşmalarına necə təsir etdiyini izah edərkən, lokal bazarlarda innovativ həllərin sosial və iqtisadi dinamikaya gətirdiyi dəyişikliklərə də toxunur. Qeyd edək ki, “Kotler Impact”in MDB ölkəkələrindəki eksklüziv nümayəndəsi olan “AWE Consulting” kitabın yaranma prosesində mühüm rol oynayır və təqdim olunan marketinq nümunələrinin dəyərləndirməsinə böyük töhfə verir.

Birbank-ın bu kitabda yer alması təqdim edilən rəqəmsal həllərin yerli maliyyə bazarında müştəri davranışlarına təsir gücünü lokal və qlobal auditoriyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, bankın müştərilərlə kommunikasiya tərzi, maliyyə savadlılığının artırılmasına yönəlmiş kampaniyaları və innovativ xidmətləri kitabda lokal davranış dəyişikliyini formalaşdıran marketinq strategiyaları kontekstində təqdim ediləcək.

Birbank-ın sözügedən kitabda yer alması ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirib: “Filip Kotler kimi dünya marketinq elminin rəmzi olan bir mütəxəssisin kitabında yer almaq bizim üçün təkcə qürurverici hadisə deyil, eyni zamanda böyük bir məsuliyyətdir. Hazırda ənənəvi bank xidmətlərinin təmin olunması ilə yanaşı, bankımız həm də insanlara yeni maliyyə vərdişləri qazandırır. Müştərilərimizin gündəlik maliyyə davranışlarına əsaslanan müasir texnologiyalar tətbiq etməklə isə bank xidmətlərini daha da asan və əlçatan edirik. Bu, həm də bankımızın ölkəmizdə rəqəmsal bankçılıq vərdişlərinin formalaşmasına verdiyi töhfəsidir. “Müasir marketinqin əsasları” kitabında yer alaraq bankımızın son 5 ildəki uğur yolunu gənc nəsillərlə və biznes peşəkarları ilə bölüşmək fürsəti bizi yeniliklərə daha da ilhamlandırır”.    

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri