Icma.az
close
up
RU
“Azercell”in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

“Azercell”in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq miqyasda tanınan Filip Kotlerin “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing – EOMM) adlı kitabının Azərbaycan nəşrində təqdim olunacaq.

“Azercell”in rəqəmsal transformasiya sahəsindəki uğurlu təcrübəsini əks etdirən bu nəşrdə şirkətin rəqəmsallaşma strategiyasına geniş yer ayrılıb. Kitabda Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) texnologiyasının tətbiqi, daxili əməliyyatların optimallaşdırılması və yerli bazarda reallaşdırılmış yeniliklər ətraflı şəkildə əks olunur. Bu təşəbbüslər “Azercell”in innovasiyalara sadiqliyini nümayiş etdirməklə yanaşı, milyonlarla istifadəçinin rəqəmsal təcrübəsinin inkişafına verdiyi töhfəni önə çıxarır.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bildirib:

“Bu qlobal platforma Azərbaycanın rəqəmsal ekosistemində müşahidə olunan sürətli inkişafı beynəlxalq auditoriyaya təqdim etmək üçün unikal bir imkandır. Biz də öz növbəmizdə ekosistemin aparıcı qüvvələrindən biri olaraq texnoloji dəyişikliklərin yaratdığı imkanlar və çağırışlar barədə dərin anlayışa və strateji baxışa malikik. “Azercell”in bu sahədəki təcrübəsi şirkətdaxili proseslərin və prosedurların rəqəmsallaşdırılması ilə başladı və artıq abunəçilərimizə təqdim olunan innovativ xidmətləri əhatə edir. Qeyd etmək istərdim ki, şirkətimiz Azərbaycanda fintex həllini tətbiq edən ilk mobil operator olub. Bu təşəbbüs çərçivəsində həyata keçirilən startap layihəmiz bu gün “Azercell”in törəmə şirkəti kimi fəaliyyətini davam etdirir.”

Hazırda sosial-iqtisadi transformasiyanın fəal mərhələsini yaşayan ölkəmiz “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” çərçivəsində innovasiyaların təşviqinə, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına və müasir texnologiyalarla gücləndirilmiş inklüziv cəmiyyətin qurulmasına xüsusi önəm verir. “Azercell” öz strateji fəaliyyətini bu milli məqsədlərlə uyğunlaşdıraraq rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir və ölkənin gələcəyə dair baxışının reallaşdırılmasında fəal iştirak edir.

“Müasir Marketinqin Əsasları” Kotler Impact tərəfindən idarə olunan və 100-dən çox ölkəni əhatə edən qlobal təşəbbüsdür. Nəşrlərdə Meta, Danone, Google, Amazon, Lamborghini, Knauf, P&G, Wendy’s və Dunkin’ kimi nüfuzlu beynəlxalq şirkətlərin təcrübələrinə yer verilir. Kitabın Azərbaycan nəşri yerli uğur hekayələrinin qlobal biznes və akademik müstəvidə tanıdılması baxımından əlamətdar bir hadisə hesab olunur. Kotler Impact-in MDB regionu və Azərbaycandakı ekskluziv nümayəndəsi olan AWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas rol oynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsil platformalarında təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 May 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri