Icma.az
close
up
RU
Birbank ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı

Birbank ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək bazarına qazandırılmasına da töhfə verir.

AZXEBER.COM xəbər verir ki, bu istiqamətdə dəstək göstərilən layihələrdən biri də Azərbaycan Biznes Keys yarışmasıdır. Gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaları üçün real təcrübə qazandıran layihənin final mərhələsi yekunlaşdı. Layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi tərəfindən, Birbank-ın da dəstəyi ilə həyata keçirilib.

Layihənin final mərhələsi ADA Universitetində baş tutub. Tədbirin açılışında İctimai birliyin İdarə Heyətinin sədri Nəzrin Quliyeva çıxış edərək layihənin məqsədi və gənclərə təqdim etdiyi imkanlar barədə məlumat verib. Kapital Bank-ın direktor müavini Şakir Məmmədyarov isə öz çıxışında bankın gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş fəaliyyətindən danışıb. "Bu yarışma tələbələrə nəzəri biliklərini praktikaya çevirmək fürsəti verir. Universitetdə öyrənilən iqtisadi modellər, idarəetmə strategiyaları və analiz metodları burada canlı şəkildə tətbiq olunur. Tələbələr artıq təkcə nəzəriyyə ilə kifayətlənmir, real biznes problemləri üzərində düşünür, qərar verir və bu qərarların nəticələrini analiz edirlər. Eyni zamanda bu yarışma tələbələrin özünü ifadə bacarığını, təqdimat qabiliyyətini inkişaf etdirir. Biz isə ölkənin ən böyük işəgötürən şirkətlərindən biri olaraq peşəkar, bacarıqlı və hazırlıqlı gənclərin iş dünyasına qatılmasının tərəfindəyik. Elə buna görə də bu kimi layihələrə dəstək olur, gənclərin yanında yer alırıq”.

Daha sonra final mərhəsinə vəsiqə qazanmış dörd komanda təqdim olunan tapşırıqlar üzərində hazırladıqları biznes həllərini münsiflər heyətinə və tədbir iştirakçılarına təqdim edib. Komandalar real biznes problemlərinə analitik və strateji yanaşma göstərərək innovativ təklifləri ilə seçiliblər.

Münsiflərin qiymətləndirməsinin ardından yarışmanın qalibləri bəlli olub. 3-cü yerə və 2000 AZN pul mükafatına Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən "Team 14” sahib olub. Universitetin daha bir təmsilçisi "Team 20” isə yarışmanın 2-cisi adına və 4000 AZN pul mükafatına sahib olub. Gərgin mübarizənin qalibi adını və 8000 AZN pul mükafatını isə ADA Universitetinin "Team 16” komandası qazanıb.

Qeyd edək ki, yarışmaya bu ilin yanvar ayında start verilib. Ümumilikdə 91 komanda iştirak üçün müraciət edib, onlardan 26 komanda ilkin mərhələləri keçərək Biznes Akademiyası və ABCC sessiyalarına qatılıb. Yarımfinala vəsiqə qazanan 16 komanda arasından yalnız 4 komanda final mərhələsinə yüksəlib.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri