Icma.az
close
up
RU
Birbank ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasına start verildi

Birbank ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasına start verildi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirən 21-ci Azərbaycan Biznes Keys Yarışmasına (ABCC) start verilib. Birbank-ın da sponsor olduğu layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə keçirilir. Layihənin əsas məqsədi gənclərin maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki bacarıqlarını inkişaf etdirməkdir. Yarışma iştirakçıları həmçinin mütəxəssislərlə tanış olmaq və karyera imkanlarını genişləndirmək fürsəti də qazanırlar. Belə ki, iştirakçılar real biznes problemləri üzərində işləyərək analitik və strateji düşünmə bacarıqlarını inkişaf etdirirlər. Sonda komandalar problemlərin həlli üçün strategiyalar hazırlayaraq, təkliflərini mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edirlər. Sessiyalarına fevral ayından etibarən başlanan layihə aprel ayında qaliblərin elan edilməsi ilə başa çatacaq.

2002-ci ildən etibarən ənənəvi olaraq keçirilən layihədə bu vaxta qədər 2000-dən çox tələbə iştirak edib. Yarışmada istifadə olunan biznes problemləri Harvard Biznes Məktəbindən rəsmi olaraq təmin edilir. 

Yarışma çərçivəsində 20 iştirakçı Birbank-ın ofisində keçirilən xüsusi sessiyada iştirak edib. Burada bankın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə bank sektorunda innovativ həllər, biznes strategiyaları və maliyyə idarəçiliyi mövzusunda biliklər təqdim olunub.

Qeyd edək ki, Birbank təkcə maliyyə xidmətləri sahəsində deyil, həm də gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək olmaqla cəmiyyətə töhfə verməyə çalışır. Bank peşəkar inkişaf imkanları yaratmaqla gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edir. Azərbaycan Biznes Keys Yarışması da bu missiyanın bir hissəsi kimi, gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaq üçün real təcrübə qazanmaq imkanı yaradır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri