Icma.az
close
up
RU
Birbank və Visa dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı

Birbank və Visa dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştərilərinə unikal təcrübə yaşadacaq yeni kampaniyaya start verir. “Disneyland® Paris-də Sehirli Dünyaya Visa dəstəyi ilə səyahət” adlı kampaniya çərçivəsində Birbank Visa taksit və debet kart sahibləri unudulmaz səyahət və pul mükafatları qazanmaq şansı əldə edirlər.

Bunun üçün sadəcə xarici onlayn platformalarda və xarici ölkələrdə POS-terminallarda Birbank Visa kartları ilə ödəniş etmək yetərlidir. Kampaniya 30 noyabr 2025-ci il tarixinədək davam edəcək və dəyərləndirmə hər 2 kateqoriya üzrə aparılacaq. Bu müddətədək ən çox dövriyyə edən ümumilikdə 1000 nəfər Birbank müştərisi qalib olacaq. Onlardan hər kateqoriyadan bir nəfər olmaqla ilk iki nəfər nağıllar aləminə, yəni “Disneyland® Paris”ə unudulmaz səyahət paketi əldə edəcək. Digər qalibləri isə dəyərli pul mükafatları gözləyir:

3-cü yer – 1000 AZN 4-5-ci yerlər – 500 AZN 6-10-cu yerlər – 300 AZN 11-20-ci yerlər – 200 AZN 21-50-ci yerlər – 100 AZN 51-200-cü yerlər – 50 AZN

Əlavə olaraq, yalnız onlayn ödənişlər istiqamətində 201-dən 800-dək yerləri tutan iştirakçıların hər birinə 20 AZN təqdim ediləcək.

Birbank-ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov bildirib: “Biz müştərilərimizə rahat bankçılıq xidmətlərimizlə bərabər, həm də unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik. Rəqəmsal dövrdə sərhədlər aradan qalxır və biz bu təcrübəni ölkə xaricinə də daşıyaraq müştərilərimizin səyahətlərini maraqlı imkanlarla zənginləşdiririk. İstəyirik ki, müştərilərimiz Birbank kartının sadəcə bir ödəniş vasitəsi deyil, həm də onları “Disneyland® Paris” kimi arzulanan məkanlara apara biləcək bir açar olduğunu bilsinlər”.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri