“BirdLife İnternational”ın Baş icraçı direktoru: İstərdik ki, qlobal iqlim probleminin həlli bütün dünya ilə anlaşma şəraitində baş versin AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 noyabr, AZƏRTAC
Bizim COP29-da iştirak səbəbimiz qlobal iqlim problemləridir. İstəyirik ki, bu problemin həlli bütün dünya ilə anlaşma şəraitində baş versin. Çünki dünya iqlim səbəbindən fövqəladə hallar ilə üz-üzədir.
Bunu AZƏRTAC-a müsahibəsində “BirdLife İnternational”ın Baş icraçı direktoru Martin Harper deyib.
İcraçı direktor Azərbaycan hökumətinə COP29-a ev sahibliyi etdiyi üçün minnətdarlığını bildirib: “COP29-dan gözlədiyim Parisdə razılaşdırılmış, lakin hələ də həll olunmayan məsələlərin çözülməsidir. Əminəm ki, yarımçıq qalan məsələlər öz həllini tapacaq. Maliyyə baxımından ambisiyanın doğruluğuna əmin olmalıyıq. İstərdik ki, hökumətlər fevral ayına qədər müəyyən edilən töhfələri lazımi miqyasda dünyaya çatdırmağa hazır olsunlar. Zənnimcə, ölkələr iqlim problemlərini birgə həll etməyə çalışmalıdırlar. Biz kifayət qədər yüksək texniki xidmət göstərə bilərik, lakin bu səbəbdən bir az çətinlik çəkirik”.
Azərbaycana ilk səfəri olduğunu deyən COP29-un iştirakçısı Bakıda getdiyi bütün yerlərdə böyük mehribanlıqla qarşılandığını bildirib. Onun sözlərinə görə, beynəlxalq iqlim tədbirində könüllülərin fəaliyyəti də olduqca ürəkaçandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















