Icma.az
close
up
RU
Duz qəbulunu müəyyən edən sadə test

Duz qəbulunu müəyyən edən sadə test

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Duzun gündəlik normadan artıq qəbulu ürək-damar xəstəlikləri və hipertoniya riskini ciddi şəkildə yüksəldir. Dünya Səhiyyə Təşkilatı bir insanın gün ərzində maksimum 5 qram duz qəbul etməsini tövsiyə etsə də, aparılan müxtəlif araşdırmalar əhalinin böyük hissəsinin bu normanı iki dəfə keçdiyini göstərir.

AzPost xəbər verir ki, mütəxəssislər qeyd edir ki, əsas təhlükə “gizli duz” adlanan və hazır məhsulların tərkibində olan natrium miqdarıdır. Çünki insanlar yeməyi evdə az duzlasalar belə, gündəlik istifadə etdikləri çörək, pendir, kolbasa, sous, hazır yeməklər və fastrfud orqanizmə ciddi miqdarda əlavə duz yükləyir. Dietoloqlar xəbərdar edir ki, natriumun normadan çox qəbulu uzun müddət hiss olunmur, lakin zamanla təzyiqi yüksəldir və insult riskini artırır. Artıq duz böyrəklərin işini çətinləşdirir, ödem yaradır və böyrək daşlarına səbəb ola bilər. Həddindən artıq natrium həmçinin mədə xəstəlikləri, gastrit və hətta mədə xərçəngi riskini artıran amillərdən biridir.

Mütəxəssisin sözlərinə görə, sadə bir testlə dad reseptorlarının duza alışıb-alışmadığını müəyyən etmək mümkündür. Əgər yeməyi heç duzlamadan dadına baxdıqda sizə tamamilə dadsız görünürsə, bu, orqanizmin artıq yüksək duz səviyyəsinə öyrəşdiyinin göstəricisidir. İnsana elə gəlir ki, yemək duzsuzdur, amma əslində reseptorlar normadan artıq duzu standart kimi qəbul etməyə başlayıb. Dietoloq məsləhət görür ki, bir neçə gün ərzində yeməkləri əlavə duzlamadan istifadə etmək və dad dəyişikliklərini müşahidə etmək lazımdır. Çox vaxt bir həftə sonra insanlar duzsuz yeməyin belə daha dolğun və təbii dad verdiyini hiss edir. Bu, reseptorların normala qayıtmasının ilk əlamətidir.

Gizli duzu nəzarətdə saxlamaq üçün isə hazır məhsulların etiketindəki “100 q-da duz miqdarı” bölməsinə diqqət yetirmək tövsiyə olunur. Mütəxəssislər 100 q məhsulda duzun 1 qramdan az olmasını sağlam seçim kimi qiymətləndirir. Xüsusən də kolbasa, pendir, çörək, şirniyyat və sous kimi gündəlik istifadə edilən məhsullar diqqətlə seçilməlidir. Məsələn, təkcə bir xörək qaşığı soya sousu günün yarı norması qədər duz ehtiva edə bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, duzun nəzarətli qəbulu həm təzyiqi stabilləşdirir, həm də ürək, böyrək və sümük sağlamlığını uzun müddət qorumağa kömək edir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Dekabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri