Birinci Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin xatirəsi anılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 may, AZƏRTAC
Zirə Mədəniyyət Mərkəzində Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Birinci Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirin təşkilatçısı, şəhidin adını daşıyan nəvəsi Ziyad Ağayev çıxışı zamanı şəhidlərin xatirəsinin yaşadılmasının, onların keçdiyi şərəfli həyat yolunun gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Türk Dünyası Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov, Xəzər rayon Ziyalılar Şurasının sədri Təvəkkül Səlimov və Zirə Cümə məscidinin axundu Qədir Nəcəfzadə şəhidlərin qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb, belə anım mərasimlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərin təbliğində mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 May 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















