Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Goranboy, 3 iyul, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış şəhid Rauf Əjdər oğlu Əhmədov Goranboy rayonunun Sarov kəndində torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sarov kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri, dövlət rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.
Şəhid Rauf Əhmədov Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya yazılıb, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində döyüşüb. O, 1993-cü ildə Ağdərə istiqamətində döyüşlərdə itkin düşüb.
Müxbir - Elcan Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 İyul 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















