Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

“Birinci Qarabağ müharibəsində olmayan imkanların hamısı bu dəfə əlimizdə idi”

“Birinci Qarabağ müharibəsində olmayan imkanların hamısı bu dəfə əlimizdə idi”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Müharibədə ilk ölən həqiqətdir”, - deyib məşhur yazıçı Corc Oruell. Reallıq onu aşkar etdi ki, bu tilsimi qırmaq da olar. Necə? Jurnalistikanın doğru zamanda doğru məkanda olmaq məfkurəsi ilə. Həqiqətə xidmət etmək naminə müharibə ocaqlarına carçı göndərmək jurnalistikanın məramıdır.

8 Noyabr - Zəfər Günümüzdür, fəqət bu günə gəlib yetişənə qədər dürlü yollardan və mübarizələrdən keçmişik. Üzeyir Hacıbəyli məqalələrinin birində yazır ki, istiqbalımızın rifah və səadətini təmin edəcək qüvvə hamımızın himmət və qeyrətindən asılıdır. Deyilən kimi birlik və yurd sevgisi ilə İkinci Qarabağ müharibəsində gücün və haqqın sahibi idik, ancaq savaş meydanında başqa bir silaha da ehtiyac vardı - səngərdəki qələmə...

Cəbhədə həqiqəti tapmaq və göstərmək niyyəti ilə yerli mətbuatımızla yanaşı, Türkiyə mediası da bizimlə həmməslək idi. Məlum olduğu kimi, Türkiyə mətbuatı müharibənin başladığı gündən daha çevik və düzgün məlumatları auditoriyalara çatdırmaq məqsədilə müxbirlərini münaqişə zonalarına, cəhbə bölgəsinə göndərirdilər. Bu minvalla onlardan ikisi qonağımızdır - “CNN Türk” və “Haber Global” kanallarının müxbirləri Ənvər Kaptanoğlu və Ela Sezən.

Onların 44 günlük cəbhə meydanındakı fəaliyyətlərini nə qədər əhatəli göstərməyə çalışsaq da, özlərinin ifadələri daha parlaq görünəcək.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- İkinci Qarabağ müharibəsində təbii ki, bizim jurnalistlərlə birlikdə işləmisiniz. Təcrübələriniz nələr olub?

Ənvər Kaptanoğlu: Qardaş həmkarlarımız müharibədə bizə çox dəstək olublar. Buna görə də öncə onlara təşəkkürümü bildirirəm. Onlar bu günə hazır idilər, 30 ildir xəyallarında bu günü qururmuşlar, istədikləri, istədiyimiz oldu. Eyni müstəvidə çalışırdıq. Təbii olaraq onlar öz vətənlərində olduqlarına görə daha çox avantaj sahibi idilər. Döyüş meydanında əldə etdikləri məlumatları tərəddüdsüz bizimlə də bölüşürdülər. Məhz onların sayəsində Türkiyə ictimaiyyətinə proses barədə xəbərlər ötürə bilirdik. 

Ela Sezən: Bəli, birlikdə işləmişik, bizə bir çox məqamlarda köməkləri də oldu. Bütün jurnalistlərin ilk hədəfi əldə etdikləri məlumatları məlumat mərkəzlərinə ən sürətli şəkildə təqdim etməkdir. Lakin bu yerli müxbirlər üçün mövzuya həssaslıqlarından dolayı çətin vəziyyət yaradırdı. Azərbaycanda dil baxımından böyük problem yaşamasaq da, informasiyaları başa düşmədikdə yerli müxbirlərə müraciət etdiyimiz zaman bizi cavabsız qoymurdular. Hətta orada bir çox dost qazandım, hazırda da onlarla əlaqə saxlayıram.

- Qarabağ müharibəsi türk hərbi jurnalistikasına nələr qazandırdı?

Ənvər Kaptanoğlu: Türk jurnalistləri hərbi əməliyyatlar, hərəkatlar və müharibə mövzusunda olduqca təcrübəlidirlər. Suriya sərhədində Tükiyənin həyata keçirdiyi hərəkatlar, illərdir PKK terror aktlarına qarşı davam etdirilən mübarizə əməliyyatlarında bir çox jurnalistlərimiz xidmət edirlər. Məlum olduğu kimi, müharibə əsnasında çəkiliş etmək olduqca çətindir. Yalnız jurnalist olmağı bacarmaq orada sizə kömək olmayacaq. Eyni zamanda, münaqişə zonasında başınıza nələrin gələ biləcəyini və necə davranmalı olduğunuzu da bilməlisiniz. Qarabağ müharibəsi də var olan təcrübələrimizə yeni bir təcrübə qatdı.

Ela Sezən: Mənim Azərbaycana ilk səfərim idi. Üzərimə düşən vəzifəni yerinə yetirəcək olsam da, ilk dəfə “İki dövlət, bir millət” dediyimiz o cümlənin əsas anlamını orada dərk etdim. Eyni dilli, üzərində türk bayrağı olan hər kəsin orada olmağımızdan dolayı hər fürsətdə bizə minnətdar olmaları ən böyük mənəvi qazanclarımdandır. Mən 21 günlük səfərimin 17 gününü cəbhə xəttində keçirdim. Gəncə və Bərdəyə olunan hücumlarda həyatımda ilk dəfə müharibənin qaynar nöqtəsində idim. Harada, nə vaxt, nə etməli olduğumu bilmək baxımından bu mənim üçün çox böyük təcrübə oldu. Azərbaycan xalqı üçün Türkiyə, Türkiyə üçün isə Azərbaycanın hansı məna kəsb etdiyini şüurlu şəkildə dərk etdim və illərdir Azərbaycan xalqının yaşadıqlarını bizə bu müharibə daha dərindən xatırlatdı.

- İkinci Qarabağ müharibəsi ərzində Türkiyə mediasının ən aktual mövzulardan biri də Azərbaycan-Ermənistan münaqişəsi idi. Bunun əsas səbəbi türk mətbuatının bu mövzuya olan marağı idi, yoxsa türk xalqının tələbi idi?

Ənvər Kaptanoğlu: Məncə, hər ikisi. Türkiyənin qardaş dövləti olan Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda bir mübarizə başlatmışdı. Öncə xalqın Qarabağ müharibəsini ekranlarda tələb etməsi üçün media mövzunu hərtərəfli təqdim etməlidir. Beləliklə, gündəm İkinci Qarabağ müharibəsindən, canlı yayımlardan ibarət olduqda, xalq da bu gündəmin tələbkarı olmağa başladı. Müharibəni ekranlarında işıqlandıran kanallar türk xalqı tərəfindən daha çox baxılır, Azərbaycanın mübarizəsində baş verən yenilikləri bilmək istəyirdilər. Media da bu yolda üzərinə düşən vəzifəni yerinə yetirərək mövzunu daim üst səviyyədə tutdu.

Ela Sezən: Son illərdə Türkiyədə Azərbaycana münasibətdə siyasi milliyyətçiliyin qabarıqlığı inkaredilməzdir. Bu səbəbdən müharibəyə olan marağın iki səbəbi olduğunu düşünürəm. Bu, Azərbaycanla olan yaxın əlaqələr nəticəsində Türkiyənin xarici siyasəti ilə və bayaq da qeyd etdiyim kimi milliyyətçilik duyğusunun son illərdə hakim olması ilə bağlı idi. Onu da qeyd edim ki, mənim işlədiyim kanalın sahibi azərbaycanlıdır. Bundan dolayı hər Azərbaycan vətəndaşı kimi bizim də mövzu ilə bağlı bütün yayımlarımızdakı həssaslıq üst pillədədir.

- Türkiyə mətbuatı İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri nümayiş etdirməsə idi, ölkələr nələrdən xəbərsiz idi? 

Ənvər Kaptanoğlu: Dünya ölkələri müharibəyə ilk gündən laqeydsizliklərini göstərərkən bu mövzu Türkiyə gündəmində ön pillədə yer alırdı. Əsas nüans Azərbaycanın 30 il müddətində işğalla barışmadıqlarını göstərən informasiya savaşı idi. Lakin, məncə, bunun dönüş nöqtəsi Ermənistanın ballistik raketlərlə Gəncəni bombalamasından sonra oldu. O andan etibarən müharibəni yalnız Ermənistan tərəfindən seyr edən dünya ermənilərin dinc əhalini öldürən bir millət olduğunu da görməyə başladı. Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Bərdə kimi şəhərlərə ballistik raketlərin atılması ardından türk mətbuatının baş verənləri canlı şəkildə ekranlara gətirməsi təkcə türk ictimaiyyətini deyil, eləcə də dünyanın bir çox bölgələrini həqiqətdə Azərbaycanda, Qarabağda baş verənlərin izləyicisinə çevirdi. Müharibə boyunca ermənilərin propaqandalarını öz gözlərimlə gördüm. Gəncəyə atılan raketlərin görüntülərini “Bura Qarabağdır, Azərbaycan erməni sivil xalqını hədəf alır” kimi başlıqlarla paylaşırdılar. Bu baxımdan türk mediası bu propaqandalara qarşı öz xalqını doğru informasiyalarla, hadisə yerindən canlı bağlantılarla məlumatlandırması əsl həqiqətin nə olduğunu üzə çıxarmışdı.

Ela Sezən: Məncə, türk mətbuatının ən böyük avantajı sivillərə olunan hücumlar zamanı canlı yayımlara çıxmaları idi. Cəbhə bölgəsindən kənar ərazilərin Ermənistan tərəfindən necə hədəf alındığını canlı nümayiş etdirirdik. Günlərcə həlak olanların, yaralananların başına gələnləri təqdim edirdik. Bunların nəticəsində Ermənistanın müharibə ilə bağlı dünyada ictimai rəyə təsirini azaltmağı bacardıq.

- Birinci Qarabağ müharibəsində türk mediası münaqişə bölgələrində sərbəst fəaliyyətdə çətinliklərlə üzləşirdi. Birinci Qarabağ müharibəsindən fərqli olaraq Türkiyə mətbuatı İkinci Qarabağ müharibəsində hansı avantajları əldə etdi?

Ənvər Kaptanoğlu: Birinci Qarabağ müharibəsində yaşım az olduğundan dolayı xidmət göstərməmişəm. Amma İkinci Qarabağ müharibəsində Azərbaycanda müharibə ərzində münaqişə bölgələrindəki fəaliyyətimizdə, xüsusilə dövlət gözlədiyimizdən daha çox köməklik göstərdi. Çünki Azərbaycan dövləti bu hadisələrlə bağlı dünyada da müəyyən ictimai fikrin formalaşmasının vacib olduğunu bilirdi. Buna görə də dövlət tərəfindən heç bir çətinliklə üzləşmədik. Məsələn, türk jurnalistlər Türkiyənin Suriyada təşkil etdiyi hərəkatlar əsnasındakı çəkilişlərdə bir sıra çətinliklərlə üzləşirlər. Hər bölgəyə gedib oradan yayımlar etməyimizə icazə verilmir və ya məhdudlaşdırılır. Lakin biz Azərbaycanda bunun əksini yaşadıq.

Ela Sezən: Düşünürəm ki, iki müharibə arasındakı jurnalistika baxımından ən önəmli elementlərdən biri texnologiyadır. Birinci Qarabağ müharibəsində olmayan imkanların hamısı bu dəfə əlimizdə idi. Tək etməli olduğumuz həqiqətləri auditoriyaya təqdim etmək idi. Amma müəyyən vaxtlarda birbaşa hədəfləndiyimiz anlar da olurdu. Tərtərdə ermənilər pambıq fabrikini hədəf alıb yanğına səbəb olduqları zaman biz onun qarşısında canlı yayım edirdik. Bir an olduğumuz yerə ard-arda toplar atılmağa başlandı. Ermənistan yalnız əsgərləri, sivilləri hədəf almırdı, mövcud vəziyyətin ictimaiyyətə təqdim olunmaması üçün jurnalistlərə də hücum edirdi.

- Haqq həqiqətə qovuşdu, qələbə bizim oldu! Zəfər Günümüz mübarək!

Aydan Quliyeva

“Gilavar Community”



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri