Icma.az
close
up
RU
Birja həvəskarlarını nə gözləyir: Avro almaq, kriptovalyuta bazarının lideri Bitcoin satmaq zamanıdır...

Birja həvəskarlarını nə gözləyir: Avro almaq, kriptovalyuta bazarının lideri Bitcoin satmaq zamanıdır...

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Avro sürətlə dəyər itirir. “Bitcoin”in qiyməti isə 99 min dollara çatıb, kriptovalyuta tarixinin ən yüksək göstəricisinə yaxınlaşır. Avro təxminən bir il əvvəl bu qədər dəyərdən düşmüşdü.

Bizimyol.info xəbər verir ki, kriptovalyuta bazarının lideri sayılan “Bitcoin” 15 il əvvəl səhnəyə çıxanda heç 1 dollara təklif olunmurdu. 2013-cü il noyabrın 30-dan yüksək sıçrayış mərhələsinin başladığını demək olar. Həmin gün virtual valyutanın məzənnəsi 1153 dollara çatmışdı. Son 11 ildə “Bitcoin” çox eniş-yoxuş dövrləri yaşayıb. Amma kriptovalyutanın ümumi dəyəri yalnız artıb.

“Bitcoin” noyabrın 22-də 99 min dollar həddini görüb. Bu həm də tarixi maksimum deməkdir. Mütəxəssislər virtual pulun dəyərinin artacağını proqnozlaşdırırdı. Lakin bu qədərini hər kəs gözləmirdi.

Avro sentyabrın əvvəllərində ciddi dəyər qazanmışdı. Dollara nisbət 1,12-yə yüksəlmişdi. Bakıda valyutadəyişmə məntəqələri avronu 1 manat 89 qəpikdən də baha qiymətləndirirdi. İndi isə valyuta 1,77-dən baha satılmaz.

Avropa valyutası, adətən, qış ərəfəsində dəyər itirir. Təbii qaz ehtiyatları ilə bağlı sıxıntı olmadığı dəqiqləşəndən sonra hər şey qaydasına düşür. Keçən il də oxşar mənzərə yaranmışdı. Qışdan çıxandan sonra avro güclənməyə başlamışdı.

Ekspertlərin proqnozu nədir? Onlar hesab edir ki, indi avro almağın, “Bitcoin” satmağın tam zamanıdır. Avronu izah etdik. Yaza doğru vəziyyət yaxşılaşacaq. Onsuz da Avropada iqtisadi böhran müşahidə edilmir. Yəni avronun kəskin dəyər itirəcəyini gözləyənlər hələ çox intizarda qalacaq. Buna görə də indi avro almaq yalnız sərf edər.

Bəs niyə əlimizdə olan “Bitcoin”i satmalıyıq? Axı yalnız dəyər qazanır? Çünki bu kriptovalyutanın bazarda ciddi reklamı gedir. Adətən, böyük oyun iştirakçıları bu işlə məşğuldur. Onlar daim məzənnənin “oynamasında” maraqlıdır. İndi bahadırsa, satırlar, bir az aşağı düşəndə isə alırlar. Belə güclü reklam kiçik oyun iştirakçılarını şirnikləndirir. Onlar inanmağa başlayır ki, məzənnə çox yüksələcək. Əlbəttə, “Bitcoin” 100 min həddini aşa bilər, hətta 115-120 min dollara çatacağı da ehtimal edilir. Lakin əmin olun ki, xeyli aşağı göstəricilərin də günü gələcək. Məhz böyük oyun iştirakçıları belə istəyir deyə.

Ekspertlərin dedikləri məntiqli görünür. Zamanla nə dərəcədə haqlı olduqlarına da şahidlik edəcəyik.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri