Icma.az
close
up
RU
Yol şəraiti imkan vermirsə, sol zolağa görə sürücünü cərimələmək olmaz Ekspert

Yol şəraiti imkan vermirsə, sol zolağa görə sürücünü cərimələmək olmaz Ekspert

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda isə sol zolaqlarla hərəkət etmək qadağandır. Bununla bağlı bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə müraciət ünvanlayıb.

Ancaq maraqlısı budur ki, ölkənin bəzi magistral yollarında sağ zolaq yararsız olduğu üçün sürücülər avtomomillərinə zərər dəyməsin deyə məcburən sol zolaqla hərəkət edirlər. Belə olduğu halda onların cərimələnməsi ədalətlidirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu mövzuda sürücülərin cərimələnməsi çox diqqət tələb edən məsələdir:

"Çünki Azərbaycanda yol infrastrukturu hələ də bizim arzuladığımız səviyyəyə gəlib çatmayıb. Yol infrastrukturu ilə bağlı çox ciddi problemlərimiz var. Xüsusən rayon yollarında vəziyyətin nə dərəcədə gərgin olduğunu görürük. Məsələn, Bakı-Şamaxı-İsmayıllı-Qəbələ yolu, Bakı-Qazax yolu çox bərbad vəziyyətdədir. Hər ikisi respublika əhəmiyyətli yollardır və aidiyyəti qurumların məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində yolların sağ zolaqları, hətta bəzi yerlərdə sol zolaqları da pis vəziyyətə düşüb.

Məsələn, Qaradağ rayon ərazisindən keçənlər orada nələrin yaşandığını çox yaxşı bilirlər. Şamaxı-İsmayıllı istiqamətində hərəkət edərkən də yolun nə qədər təhlükəli olduğu görünür. Bu vəziyyət hökm sürürsə, sürücülərə necə əmr etmək, göstəriş vermək olar ki, hamı sol zolaqla getsin və ya hamı sağ zolaqla hərəkət etsin? Yəni o tapşırığı vermək üçün gərək əvvəlcə özün həmin zolaqla hərəkət etməyi bacarasan. Bunu bacarırsansa, bəli, başqalarına da tövsiyə edə bilərsən. Amma əminəm ki, hazırkı şəraitdə bu, mümkün deyil. Mümkün olmayan şeyi də mən sürücülərin üzərinə qoymağın tərəfdarı deyiləm və buna görə sürücülərin cərimələnməsini də məqbul saymıram".

Müsahibimiz əlavə etdi ki, qanunvericilikdə bu açıq şəkildə göstərilib:

"Bizim “Yol hərəkəti haqqında” qanunda qeyd olunur ki, yol şəraiti imkan verdikdə sürücü sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etməməlidir. İndi sürücü də tam əsaslı şəkildə deyir ki, “qardaş, yol imkan vermir”, yəni sağ zolaq normal vəziyyətdə deyil. Şirkətlər, yüklü maşınlar həmin zolağı dağıdıb, ona görə mən o zolaqla hərəkət edə bilmirəm. Belə olan halda vətəndaşı cərimələmək düzgün deyil".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri