Icma.az
close
up
RU
Şəhidlər xiyabanında qeyri etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib

Şəhidlər xiyabanında qeyri etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib

Icma.az bildirir, Apa.az portalına istinadən.

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruhan Hüseynov ifadəsində qeyd edib ki, qardaşı Ağdarə istiqamətində gedən döyüşlərdə şəhid olub: “Sosial şəbəkədə yayılan videoya baxdım, gördüm ki, şəhidlərə hörmətsizlik edilib. Ona görə də şikayətçiyəm. İstəyirəm ki, onlar azadlıqdan məhrum edilsinlər”.

Daha sonra şahidlər ifadə verib.

Dağüstü parkda xadimə işləyən Kəmalə Sadıqova deyib ki, ittiham edilən şəxslərin məzarın üstündə atılıb-düşdüklərinin şahidi olub: “Onlara xəbərdarlıq etdim, amma bizi başa düşmürdülər, öz işlərinə davam edirdilər. Köynəklərini çıxarıb oynayırdılar. Mən onlara əl-qolla da buranın müqəddəs yer olduğunu başa salmağa çalışsam da, təəssüf ki, məni anlamırdılar”.

Şəhidlər xiyabanında xadimə işləyən Sevil Əliyeva isə bildirib ki, hadisə baş verən zaman təmizlik işləri görürmüş: “Səs-küy gəldi, gedib gördük ki, qeyri-etik hərəkətlər edirlər. Dil bilmədiyim üçün heç nə deyə bilmədim”.

Şahid qismində tanınan Bəsti Ağayeva da bildirib ki, Şəhidlər xiyabanında təmizlik işləri görərkən üç gəncin nalayiq hərəkətlərini görüb: “Axşam tərəfi idi. Gördüm ki, 3 nəfər şəhid məzarı üzərindəki gülləri oynadırlar”.

Təqsirləndirilən şəxslər bildirib ki, hadisə zamanı onlara bir xanım yaxınlaşıb, amma ifadə verənləri tanımlırlar.

Proses 9 dekabrda digər şahidlərin ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Dekabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri