Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Pravda.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir
11 Noyabr 2024 18:02

