Icma.az
close
up
RU
COP29 Prezidenti: Azərbaycan enerji mənbələrinin şaxələndirilməsi vasitəsilə “yaşıl gələcəy”ə istiqamət götürüb

COP29 Prezidenti: Azərbaycan enerji mənbələrinin şaxələndirilməsi vasitəsilə “yaşıl gələcəy”ə istiqamət götürüb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatını davam etdirməklə yanaşı, enerji mənbələrinin şaxələndirilməsinə çalışaraq bərpa olunan enerji mənbələrinə (BOEM) aktiv şəkildə investisiya yatırır.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “The Times of Central Asia” nəşrinə müsahibəsində bildirib.

"Dekarbonizasiya biomüxtəlifliyin qorunması ilə yanaşı getməlidir. Azərbaycan neft və qaz hasilatını davam etdirsə də, biz həmçinin BOEM-ə aktiv şəkildə investisiya yatırırıq. Biz Qazaxıstan və Özbəkistanla “yaşıl elektrik enerjisi”nin Avropaya ixracı barədə saziş imzalamışıq və ölkə daxilində “yaşıl enerji zonaları” yaratmışıq", - M.Babayev bildirib

O qeyd edib ki, belə şaxələndirilmə Azərbaycanın ətraf mühitə emissiyaların azaldılmasına sadiqliyini əks etdirir.

Bakıda keçirilən COP29 iqlim konfransının uğurlu nəticələrindən bəhs edən Muxtar Babayev Azərbaycanın iyun ayında Bonnda keçiriləcək iqlimlə bağlı konfransda iştirak edəcəyini qeyd edib: "Tədbir Braziliyada keçiriləcək COP30-dan əvvəl irəliləyişi qiymətləndirməyə imkan verəcək. Bizim məqsədimiz iqlimin qorunması üzrə tədbirləri gücləndirmək, yeni hədəflər müəyyən etmək və onlara nail olmaq üçün innovativ alətlərdən istifadə etməkdir".

Prezidentin nümayəndəsi həmçinin ABŞ-nin Paris iqlim sazişindən çıxmasından təəssüfləndiyini ifadə edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar böyük emissiya mənbəyi kimi sazişin həyata keçirilməsində əsas rol oynayırdı: "Lakin qlobal səylər davam etməlidir. Karbon bazarları və İtki və Zərər Fondu ilə bağlı son irəliləyiş [COP29-da əldə edilmiş - red.] Paris sazişinin dayanıqlılığını nümayiş etdirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri