Icma.az
close
up
RU
Birləşmiş Krallıq universitetləri gənclərin imkanlarını iqlim dəyişikliyi ilə əlaqədar artırır

Birləşmiş Krallıq universitetləri gənclərin imkanlarını iqlim dəyişikliyi ilə əlaqədar artırır

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

COP29-un ilk həftəsində “British Council” təşkilatı Birləşmiş Krallıq Pavilyonundakı auditoriyalarla qarşılıqlı əlaqədə olaraq iqlim strategiyasını, bu strategiyada iştirak etmək yollarını paylaşıb, insanların təhsil, ingilis dilinin tədrisi, incəsənət və mədəniyyətin köməyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün bir araya gəlməsinə istiqamətlənmiş tədbirləri nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu müddətdə iqlimlə bağlı məlumatlılıq, iqlimin təsiri və iqlim problemlərinin həllinə həsr edilmiş bir sıra tədbirlər, konfranslar, panel müzakirələri və mədəni tədbirlər keçirilib. Birinci həftə ərzində baş tutmuş tədbirlərdən göründüyü kimi, “British Council”ın COP29-da iştirakı təhsil, incəsənət, mədəniyyət və bacarıqların iqlim dəyişikliyi probleminin həllində oynadığı vacib rolu vurğulayır.

Ön sıralarda yer alan gənclər

COP29 ərəfəsində BMT-nin İqlim Dəyişmələri üzrə Gənclər Konfransı (COY19) Bakıda 400 gənc nümayəndəni bir araya gətirib. “British Council” bu tədbirə “Gənclərin inklüziv keçid üçün başlıca bacarıqlarının müəyyən edilməsi” adlı interaktiv seminarla töhfə verib, seminar çərçivəsində gənclərdən və iqlimlə bağlı araşdırmalardan əldə etdiyi nəticələri paylaşıb.

“Gənclər iqlimlə bağlı tədbirlərin gələcəyinin formalaşmasında böyük rol oynayırlar. Onların imkanlarının artırılması dayanıqlı gələcəyə nail olmağın rəhnidir – hər bir gəncin səsi iqlim dəyişikliyi ilə mübarizədə dəyişikliklərə nail olmaq üçün təkanverici qüvvə rolu oynayır. “British Council” qlobal miqyasda ciddi dəyişikliklərə təkan vermək üçün gənc liderləri dəstəkləmək amalına sadiqdir”, – deyə “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib.

Gənc Məruzəçilər Akademiyası (YNA) 45 ölkədən olan 53 gənc məruzəçiyə təlim keçib və onlara COP29 çərçivəsində xalqlarını təmsil etmək üçün bacarıq və imkanlar verib. Təlim “British Council”ın dəstəyi ilə keçirilən, 2024-cü ildə 63 ölkədən 257 gəncin təlim keçməsini təmin edən və bir ildir davam edən “İqlim üzrə gənc məruzəçilər” proqramının bir hissəsidir.

Edinburq Universiteti və Şotlandiyanın “Learning for Sustainability” mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı gələcək üçün” ikihəftəlik təlim – COP29-da onlayn kursa start verilib. Kursda iqlim sahəsində ixtisaslaşan qlobal ekspertlər və gənclər fikirlərini real zamanda paylaşıb.

Ekseter Universiteti və “British Council”ın birlikdə ev sahibliyi etdiyi “İqlim böhranında: təhsil, elm və mədəniyyətin yaradıcı yanaşmalarla birləşdirilməsi” paneli Azərbaycanda incəsənət, təhsil və irs arasında əlaqələr yaradan “We Are the Possible” proqramını vurğulayıb. Proqram aşağıdakıları əhatə edib:

•COP29-un davam etdiyi 12 gün üçün 12 hekayə – iqlim problemlərinin nəzərdən keçirildiyi və tədbirlərin görülməsinə ilham verən qısa hekayələr.

•İqlimlə bağlı tədbirlərin görülməsinin zəruriliyini çatdırmaq üçün hazırlanmış dayanıqlı teatr tamaşası “Bright Light Burning”(Parlaq işıqların sayrışması).

•“Schools Across the Ocean” (Okeanın fərqli tərəflərində olan məktəblər) – Birləşmiş Krallıq, BƏƏ və Azərbaycandan olan uşaqların birlikdə hazırladığı multiplikasiya filmi və mesajlar.

Bu təşəbbüs “British Council”, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, Meteorologiya xidməti, habelə İncəsənət və Humanitar Elmlər üzrə Tədqiqat Şurası tərəfindən maliyyələşdirilib. Daha ətraflı məlumat “We Are the Possible” proqramının veb-səhifəsini yerləşdirilib.

İqlim dəyişikliyi ilə mübarizə aparan universitetlər “British Council” ilə əməkdaşlıq şəraitində təşkil edilib. “Scotland Beyond Net Zero” fondunun iqlim dəyişikliyi ilə mübarizəyə istiqamətlənmiş maliyyələşdirmə, qlobal dayanıqlılıq sahəsində liderlik, dayanıqlılıq naminə təlim üzərində necə işləməsinə istiqamətlənmiş “İqlim dəyişikliyi ilə mübarizə aparan universitetlər – “Scotland Beyond Net Zero” fondunun təqdimatında” adlı panel müzakirəsində universitetlərin iqlim dəyişikliyi ilə necə mübarizə aparması nəzərdən keçirilib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld COP29-un birinci həftəsində reallaşdırılmış təşəbbüslərdən məmnunluğunu ifadə edərək bildirib: “Missiyamız çox aydındır: indi və gələcəkdə hər kəsin yaşamasının mümkün olduğu planet”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Noyabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri