Komitə sədri: “Dövlət fermerə potensial vergi ödəyicisi kimi baxmır”
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Dövlət fermerə, kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi baxmır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, 2027-ci il üzrə vergi və gömrük güzəşt və azadolmalarının ümumi məbləği 7,5 milyard manat, bunun 4,2 milyard manatı isə vergi güzəştləri təşkil edəcək:
“Bu kifayət qədər böyük bir məbləğdir. Vergi Məcəlləsində dəyişikliklərlə bağlı deputat həmkarlarımızın həssaslıq göstərdiyi məsələ kənd təsərrüfatına vergilərin tətbiqi və kənd təsərrüfatında vergi məsələləridir. Əslində, biz bunu da təbii qəbul edirik, ona görə ki, millət vəkillərinin bir çoxu aqrar rayonları təmsil edirlər və biz onu da qeyd etməliyik ki, elə komitənin iclasında da bu məsələlərə xüsusi yanaşıldı və geniş müzakirə edilmiş oldu.
Məsələyə həssaslıq göstərilməsi həm də onunla bağlıdır ki, uzun illər dövlətin kənd təsərrüfatına dəstəyi ilə bağlı səslənən tezislərdən biri bundan ibarət olub ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib.
Belə bir halda, təbii ki, biz bir sıra suallara cavab verməliyik. Birinci sual ondan ibarətdir ki, dövlət kənd təsərrüfatına münasibətini dəyişirmi? Dövlət fermerə, kəndliyə, kəndli əməyinə münasibətini dəyişirmi? Qətiyyən dəyişmir. Dövlət bu gün də kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramlarını həyata keçirir və bu dəstəyin ümumi məbləğinə nəzər yetirmiş olsaq, birbaşa və dolayı dəstək istiqamətləri ilə birlikdə bu, 1,5 milyard manata yaxın vəsait deməkdir.
Bunu mən xüsusi olaraq qeyd etmək istərdim. Məsələnin həssaslığını nəzərə alaraq və eyni zamanda kənd təsərrüfatında vergi daxilolmaları gözləntisinin cəmi 13 milyon manat olacağını nəzərə alaraq, biz hesab edirik ki, bəli, dövlət fermerə, kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi baxmır”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















