Icma.az
close
up
RU
Bişkekdə Qırğızıstanın repressiyaya məruz qalmış azərbaycanlıları haqqında kitab təqdim olunub

Bişkekdə Qırğızıstanın repressiyaya məruz qalmış azərbaycanlıları haqqında kitab təqdim olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri, Qırğızıstanın Əməkdar həkimi Akif Alaferdovun müəllifi olduğu “Qırğızıstanın repressiyaya məruz qalmış azərbaycanlıları” kitabının təqdimat mərasimi keçirilib. Bundan əlavə, o, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almambet Matubraimov ilə birgə yazdığı “Repressiyaya məruz qalan Qırğızıstan xalqları” adlı ikinci kitabın həmmüəllifidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Veçerni Bişkek” qəzetində dərc olunan məqalədə deyilir.

Təqdimat mərasimində çıxış edən siyasətçi Zaynidin Kurmanov bildirib ki, “keçmişə yenidən nəzər salmaq, totalitarizm dövründə şüurlara kök salmış yanlış fikirləri düzəltmək, tarixdəki boşluqları azaltmaq və aradan qaldırmaq üçün məcburi köçkün xalqların həyatının real mənzərəsini canlandırmaq lazımdır”. Onun sözlərinə görə, bu, deportasiyanın nəticələrinin obyektiv hüquqi həllini sürətləndirməyə, millətlərarası gərginliyin səviyyəsini azaltmağa, cəmiyyətlərin gələcək inkişafını adekvat təhlil etməyə və proqnozlaşdırmağa kömək edəcək.

Siyasətçi əlavə edib ki, “Qırğızıstanın repressiyaya məruz qalan xalqları” kitabının “Mütləq şərin tarixi” fəslinin epitetinə çevrilən “ölülər və ölənlər bizi daha aldatmayacaq” ifadəsi çox təsirlidir və bu haqsızlığı görən kitab müəlliflərinə, eyni zamanda, həm müdhiş 1937-1938-ci illərin əvvəllər məxfi arxiv sənədlərini öyrənərkən, həm də bu illər haqqında kədər dolu kitablar yazarkən bu faciədən əziyyət çəkənlərə minnətdarlıq hissi doğurur”.

“Qırğızıstanın repressiyaya məruz qalan azərbaycanlıları” kitabının müəllifi qarşısına insanların bir daha ədalətsizliklə üzləşməməsi üçün dəhşətli hadisələri gələcək nəsillərin yaddaşında saxlamaq məqsədi qoyub. Bundan əlavə, o, azərbaycanlılara sığınacaq verən qırğız və qazax xalqlarının fədakar dəstəyindən bəhs etməyə çalışıb. Bu xalqlar öz ehtiyaclarına baxmayaraq, çörək və sığınacaqlarını bölüşür, onlara çətinliklərdən, aclıqdan və soyuqdan sağ çıxmağa kömək edirdilər. “Xüsusən də mənim babam, nənəm, valideynlərim, yüzlərlə azərbaycanlı və repressiyaya məruz qalan digər xalqlar qeyri-insani həyat şəraitinə baxmayaraq, qırğızların mehribanlığı, qonaqpərvərliyi və tolerantlığı sayəsində sağ qala biliblər”, -deyə Akif Alaferdov bildirir. O, əlavə edir ki, bu kitab Azərbaycanda da Azərbaycan dilində nəşr olunmalıdır.

Kitab artıq Akif Alaferdovun bu mövzuda üçüncü əsəridir. “Zamanla sınanmış həyat” adlı ilk kitab həm Qırğızıstanda, həm də Azərbaycanda böyük ictimai rezonans doğurub.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov azərbaycanlıların o dövrdə sağ qalmasına kömək edən qırğız və qazax xalqlarına təşəkkür edib. O deyib: “Qırğızların və qazaxların qardaş dəstəyi, onların mərhəməti, şəfqəti, səxavəti olmasaydı, daha çox insan həlak olardı. Bunu səmimiyyətlə deyirəm. Mən Qazaxıstanda səfir kimi çalışmışam, 7 ildən çox repressiyaya məruz qalmış azərbaycanlılarla görüşmüşəm. Onlar öz acı xatirələrini bölüşüblər; gecənin ortasında əşyalarını tez bir zamanda toplamaq əmri aldıqlarını, qaranlıq və havası olmayan vaqonlarda bir-birinə yaxın oturduqlarını, dözülməz şəraitdə, sadəcə cəhənnəm əzabı yaşadıqlarını xatırlayırdılar. Doqquz minə yaxın günahsız insanın zorla deportasiya edildiyi Karlaqdakı Karaqanda islah-əmək düşərgəsinə aparan məşəqqətli yol bir ay çəkdi. Qeyri-insani şərait üzündən bu müddətdə yeddi minə yaxın insan həlak oldu. Cəsədlər qatarın dayandığı yolun kənarına atılırdı. Təsəvvür edirsiniz, mərhumun yaxınları üçün onları görmək nə qədər dözülməz və ağır idi; nəinki qohumları, o ölüm qatarında olan hər kəs üçün faciə yaşandı. Heyvanları belə torpağa basdırırlar... İnsan həyatına isə heç dəyər verilmirdi. Əksinə, həmin dəhşətli hadisənin şahidlərinin söylədiyi kimi, mümkün qədər çox repressiyaya məruz qalanların ölməsi üçün hər şey edilib”.

Diplomat qeyd edib ki, Qazaxıstanda keçmiş Karlaqın yerində Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlılara abidə ucaldılıb. Lətif Qəndilov ermənilərin törətdiyi kütləvi repressiyaları da xatırladıb.

Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almambet Matubraimov da kitab haqqında fikirlərini bölüşüb. O, kitabın repressiyaya məruz qalanların nəsli üçün yazıldığını bildirib və əlavə edib ki, onlar tarixi bilməlidir. Çünki olanları unutmağa başlasalar, başlarına nə gələ biləcəyini xatırlasınlar. “Xüsusi xidmət və cəza orqanlarının arxivlərinin açılması repressiyaya məruz qalmış xalqların nəslinə yeni adlar və talelər tapmaq, onların əcdadlarının, qohumlarının, dostlarının keçdiyi ömür yolunu öyrənmək imkanı verəcək. Zamanla insan taleləri arasında əlaqəni bərpa etmək lazımdır”, -deyə Matubraimov sözlərinə yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri