Icma.az
close
up
RU
Bitcoin milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb

Bitcoin milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Kriptovalyutalar gələcəyin pul vahidi ola bilər, lakin onları oğurluq riskinə qarşı qorumaq son dərəcə çətin bir vəzifədir. 

Qaynarinfo xəbər verir ki, "Bitcoin" sərvəti ilə tanınan bir ailənin gördüyü tədbirlər də bu vəziyyətin ən bariz sübutudur.

Əgər sərvət dəyərində kriptovalyuta ehtiyatınız varsa, pis niyyətli şəxslərin sizi qaçırıb təzyiq altında cüzdan şifrələrinizi öyrənməsi və bu vəsaitləri öz cüzdanlarına köçürməsi olduqca asan bir prosesə çevrilə bilər. Belə bir hadisədən sonra, nəinki oğurluğu sübut etmək, hətta canınızı qurtarmaq belə böyük şans tələb edir.

2016-cı ildə "Bitcoin"ə yatırım edərək böyük sərvət qazanan Taihuttu ailəsi, həmin vaxt təxminən 900 dollar olan "Bitcoin"in bu gün 110.000 dollar civarında olması ilə var-dövlət sahibi olub. Ailənin başçısı Didi Taihuttu indiki təhlükəli şəraitdə cüzdan şifrələrinin parçalarını fiziki olaraq müxtəlif qitələrdəki gizli sığınacaqlarda saxladığını bildirir. Taihuttu deyir: "Kiminsə məni silah gücü ilə məcbur etməsi halında belə, telefonumdakı cüzdandan daha artığını verə bilmərəm - o da çox deyil". O, bütün sərvətə tək məkandan çıxışın mümkün olmadığını vurğulayır.

Taihuttu əlavə edir ki, təhlükəsizlik kodları yalnız fiziki sığınacaqlarda deyil, eyni zamanda blokçeyn əsaslı şifrələmə xidmətlərində də onlayn şəkildə saxlanılır. Bu üsul, ev açarını kiçik hissələrə bölüb maşınla gedərkən pəncərədən çölə atmaqla müqayisə edilə biləcək bir təhlükəsizlik qatını təmin edir. Daim səyahət edən Taihuttu ailəsi, potensial soyğunçular üçün hərəkətli hədəfə çevrilib. Bu qədər ciddi tədbirlərin səbəbi isə aydındır: son illərdə kripto icması silahlı basqınlar, adam oğurluqları və hətta qətllərlə müşayiət olunan təşkilatlanmış cinayətlərin hədəfinə çevrilib.

Hazırda Nyu-Yorkda davam edən və iki həftə ərzində qaçırılıb işgəncəyə məruz qaldığı iddia olunan bir kripto milyonçusunun məhkəməsi vəziyyətin ciddiliyini bir daha ortaya qoyur. Bəzi mütəxəssislərə görə, kripto varlığına sahib olmağın riski, gətirdiyi potensial gəlirlərdən daha yüksək ola bilər. Ailənizi və sərvətinizi cinayətkarlardan qorumaq üçün fasiləsiz səyahət etmək, yəni iz itirmək və gizlənmək zərurəti yaranır. Cüzdan kodlarını isə sizlə əlaqəsi təyin edilə bilməyən, fərqli qitələrdə yerləşən təhlükəsiz evlərdəki seyflərdə saxlamaq vacibdir.

Təbii ki, özünüzə mühafizəçilər tuta və qalaya bənzər təhlükəsizlikli bir evdə yaşaya bilərsiniz. Lakin bir gün həmin mühafizəçilərin belə sizə silah çəkib şifrələrinizi tələb etməyəcəyinə kim zəmanət verə bilər? Sahibi olduğunuz sərvətin sizə aid olduğunu sübut edən heç bir hüquqi sənəd yoxdur - cüzdanın şifrəsi kimdədirsə, kripto vəsait də ona məxsus olur.

Mövcud vəziyyətdə kriptovalyuta dünyası, kiçik alış-verişlər və cüzi qazanc üçün cazibədar görünsə də, bu sahədəki vəsaitləriniz sərvət həddinə çatdıqda, artıq həyatınız belə risk altında ola bilər. Kriptovalyutaların ənənəvi pul və bank sisteminin yerini tutması üçün əvvəlcə təhlükəsizlik sahəsində hələ çox yol qət etməsi lazımdır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri