Bitcoinin enerji sərfiyyatı Polşanın istehlakını ötüb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda kriptovalyutaların elektrik enerjisinin istehlakı bəzi bütöv dövlətlərin istehlakı ilə müqayisə oluna bilər.
“APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Rosneft”in (Rusiyanın iri neft-qaz şirkəti) baş icracı direktoru İqor Seçin bildirib.
Onun sözlərinə görə, bitkoinin mayninqi zamanı enerji istehlakı artıq Polşanın səviyyəsini ötüb.
“Rəqəmsallaşmanın qlobal enerji sisteminə təsir dərəcəsini kriptovalyutalar nümunəsində aydın şəkildə görmək olar. Onlar cəmi on il ərzində müstəqil bir sahəyə çevriliblər və bu gün artıq bütöv dövlətlərlə müqayisə oluna biləcək həcmdə enerji sərf edirlər. Məsələn, bitkoinin enerji istehlakı artıq Polşanın səviyyəsini keçib”, - İqor Seçin qeyd edib.
Baxış sayı:78
Bu xəbər 21 İyun 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















