Bitcoinin qiyməti yeni TARİXİ MAKSİMUMA ÇATDI
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
"Bitcoin"in qiyməti kriptovalyuta vahidi üçün 80 min dolları keçərək yeni tarixi maksimuma çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Binance" kriptovalyuta birjasının yaydığı məlumatda qeyd edilib.
Birja məlumatlarına görə, ən bahalı kriptovalyutanın dəyəri bir gün ərzində 4,6% artıb.
Xatırladaq ki, noyabrın 8-də bitkoinin qiyməti ilk dəfə olaraq 77 min dollara çatıb .
İqtisad elmləri namizədi, maliyyə analitiki Mixail Belyaev, ABŞ seçkiləri fonunda "Bitcoin"in məzənnəsinin tezliklə 80 min dollara yüksələ biləcəyini proqnozlaşdırdı. İlk kriptovalyutanın 100 min dollara sıçrayışı hələ görünmür. Ekspertin sözlərinə görə, 80 min dollardan sonra korreksiyaya başlanılacaq.
"Bitcoin" (BTC) eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. O, blokçeyn texnologiyası üzərində işləyir və sistemin istənilən iştirakçısı yeni bloklar yaradaraq "Bitcoin"i emissiya edə bilər.
Maliyyəçilər etiraf edirlər ki, yaxın 10 il ərzində "Bitcoin"in qiyməti hər vahid üçün 1 milyon dollara qədər yüksələ bilər.
Hüseyn İbadlı
Baxış sayı:79
Bu xəbər 10 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















