BİZ AYAĞA QALXSAQ, CHP HARA QAÇACAQ? MHP liderindən Özgür Özələ sərt mesaj
Mia.az saytına istinadən Icma.az xəbər verir.
MHP sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və ondan sonra başlayan etirazlarla bağlı CHP-yə sərt xəbərdarlıq edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Türkgün" qəzetinə müsahibəsində həbsdən sonra başlayan aksiyaların çıxış yolu olmadığını deyib.
MHP sədri əlavə edib ki, CHP-nin aksiyalarınınqarşsına milyonları çıxarmaları an məsələsidir: "Küçələr həll yolu deyil. FETÖ-y qarşı 15 iyulda olduğu kimi başqaları da küçəyə dəvət olunsa və onların qarşısına dikilsə, qaçılmaz qarşıdurmanın qarşısı necə alınacaq? O zaman baş verəcək hadisələrin qarşısı necə alınacaq?"
Baxçalı daha sonra qeyd edb ki, Türkiyə siyasətində səmimiyyət və dürüstlük seçim deyil, zərurətdir: "Konstitusiya və qanunlar bunu tələb edir. Cümhuriyyət Xalq Partiyasının yürütdüyü siyasət, qarşıdurmadan qidalanan, milli iradəyə məhəl qoymayan, xalqı gözdən salan, islahat etməyi gözardı edən bir anlayışdır. CHP-nin başlatdığı, bəzi şərhçilərin dəstəklədiyi böyük şüursuzluq və dözümsüzlük nümunəsi olan küçə çağırışları Türkiyəni çox təhlükəli bir prosesə sürükləyir. Bu çağırış ictimai asayişi pozmaq məqsədi daşıyır, çünki ictimai sülhü təhdid edir. Təmsil olunduğumuzu Cumhur ittifaqının xroniki düşmənləri cəmiyyəti ümidsizliyə aparmaq və ölkəni batırmaq istəyirlər. Bu gün CHP-yə dəstək verən və cəmiyyəti xaosa, zorakılığa və ya üsyana yönəldən şərhlər də artıb. Onlar hüquqi və mənəvi məsuliyyət daşıyır.
Təkrar edirəm, Türkiyədə küçə aksiyalarında keçmişin acı təcrübələri hələ də unudulmayıb. Baş verən küçə olaylarının sosial bədəli çox yüksək olub. Türkiyəyə iqtisadi, sosial və siyasi daha bir bədəl ödənməsinə imkan vermək olmaz. Dediyim kimi, 15 iyulda olduğu kimi küçələrə çağırılanlara qarşı biz ayağa qalxsaq, milyonlarla tərəfdarımız küçələrə axışsa, qarşıdurmaların qarşısı necə alınacaq, o zaman küçə çağırışları edən təxribatçılar ortalıqda olacaqmı, yoxsa onlar da ölkədən qaçacaq?".
Samir MUSAYEV
mia.az
Baxış sayı:124
Bu xəbər 01 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















