Icma.az
close
up
RU
Biz beş il də geciksəydik...

Biz beş il də geciksəydik...

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əlbəttə, postmüharibə dövründən çox şey gözləyirdik. O gözləntilərin arasında artıq doğrulanlar da var, hələ doğrulmayanlar da. Məsələn, dünya birliyindən işğaldan azad olunmuş ərazilərin bərpasına miqyaslı yardım gözləyirdik, ancaq doğrulmadı, alınmadı. Başqa gözləntilər də öz yerində.

Ancaq bir gözlənti reallaşır; Azərbaycan təkcə Şimal və Cənub arasında sıxışıb qalan ölkə vəziyyətində çıxdı. Bu, qələbə sayəsində mümkün oldu. Rusiyanın, İranın təzyiqləri xeyli neytrallaşdırıldı və Azərbaycan Qərbə yönəlik siyasətində ABŞ-la yaxşı dil tapdı, Şərqə yönəlik siyasətində isə Çinlə anlaşa bildi.

Artıq Azərbaycan ABŞ-ın 907-ci düzəliş sanksiyası altında əzilən dövlət durumunu arxada buraxıb. Müharibədən əvvəl Azərbaycan bu düzəlişin dondurulması üçün çalışırdısa, bu gün onun ləğvi üçün Amerika administrasiyası ilə fəal işləyir.

Baxın, əgər Azərbaycan olaraq biz torpaqlarımızı azad etməyi beş il gecikdirmiş olsaydıq, Ağ Evin astanasından qalib dövlət kimi yox, məğlub durumunda daxil olsaydıq, orda bizi necə qarşılayardılar! Bunu göz önünə gətirək.

Biz beş il əvvəl bu qələbəni qazanmasaydıq, dünyanın qarşısında hansı riskli vəziyyətə düşə bilərdiksə, onu Ukraynanı bugünkü halı və Ukrayna ərtafında gedən proseslər aydın göstərir. Biz də əlli milyonluq xalqıq, on milyondan bir az çoxumuz Azərbaycanda yaşayır, qalan 40 milyon başqa ölkələrdə. Ancaq Ukraynanın elə öz əhalisinin sayı müharibəyə qədər 50 milyon nəfərə yaxın idi. Bu cür çoxsaylı Avropa xalqının taleyi ilə bu şəkildə oynayanların Azərbaycana necə yanaşacağını təsəvvür etmək çətin olmamalıdır.

Odur ki, beş il əvvəlki bu tarixi qələbəmizin önəmi birə beş artır. Biz əslində ölkəni Ukraynanın bugünkü vəziyyətinin oxşarından xilas etmişik. Ona görə də bu qələbəni qazananların, bu dövlətin, ordunun dəyərini bilmək lazımdır. Biz təkcə Ermənistana qalib gəlməmişik, biz beynəlxalq siyasətdəki ikili standartlara, çoxbaşlı oyunlara qalib gəlmişik. Vaxt vardı, beynəlxalq platformalarda, Qərb strukturlarında Ukraynanın, eləcə də, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü dəstəklənirdi, səs verilirdi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək "yaddan çıxırdı". İndi həmin o Qərb nəinki Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü bərpa edə bildi, əksinə Ukraynanın ərazisini özü bölüb Rusiyaya peşkəş etmək planı qurur. Azərbaycan isə öz ərazi bütpvlüyünü özü dəstəklədi və öz suverenliyini də özü qazandı. Bunu edən lider prezident İlham Əliyev oldu. İndi onlarla Avropa dövlətinin başçıları, eləcə də, ABŞ prezidenti birləşib birlikdə Ukraynanı xilas edə bilmir. Ancaq Azərbaycanda bunu ölkənin öz rəhbəri özü təkbaşına gerçəkləşdirib. Kim bu fikirlə razı deyilsə, ABŞ-ın və Avropanın "sülh" planlarına da baxsın, Azərbaycana da nəzər yetirsin. Qərbin dəstəklədiyi Ukraynanın ərazisi işğal olunur, dağıdılır, həmin vaxt Qərbin dəstəkləmədiyi - beş il əvvələdək: "Münaqişəsinin hərbi həlli yoxdur" deyə təzyiq altında saxladığı Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işləri aparır. Bu gün Ukraynada insanlar öz ev-eşiyindən didərgin düşür, Azərbaycanda isə əks proses gedir: Qarabağ və Şərqi Zəngəzur bölgələrində evlər tikilir, şəhərlər, kəndlər salınır, keçmiş köçkünlər öz yurduna qayıdır. Kim bu fərqləri görə bilmirsə, onunla heç hər hansı polemikaya girişməyə belə dəyməz.

P.S. Bu müqayisələrlə biz Ukrayna xalqının mübarizəsinə kölgə salmaq niyyətində deyilik; həmin mübarizə, həmin iztirablar, bu ağır yaşantılar bizə çoxdan tanışdır. Ona görə də Ukrayna xalqının bugünkü ağrılarını canımızda, qanımızda hiss edə bilirik. Biz müharibəyə ekrandan, efirdən baxan xalq deyilik, biz müharibənin içindən keçib gəlmişik. Nə demək olduğunu yaxşı başa düşürük. Bizim göstərdiyimiz müqayisə isə Ukraynanın taleyi ilə oynanılan qanlı oyunlara diqqət çəkmək üçündür. Bütün bu baş verənlərdən sonra hələ də Ukraynanın müttəfiqləri (ya da Ukraynanın müttəfiq bildiiyi dövlətlər, mərkəzlər) bir ortaq qərara gəlib, bu ölkəni xilas edə bilmirlər. Bu, çox acı mənzərədir. Həm də çox ağrılı...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri