Icma.az
close
up
RU
“Quş qripi”nin ölkəmizdə yayılma təhlükəsi varmı? Rəsmi açıqlama

“Quş qripi”nin ölkəmizdə yayılma təhlükəsi varmı? Rəsmi açıqlama

Icma.az bildirir, Bizim media portalına istinadən.

Norveçin Akershus bölgəsinin Vestbü kommunasında yerləşən quşçuluq fermasında quş qripinin yayılması qeydə alınıb.
Norveçin Qida Təhlükəsizliyi İdarəsinin məlumatına görə, bununla əlaqədar 13 min baş ev quşu məhv edilib.
Yoluxmuş təsərrüfatın ətrafında üç kilometr radiusda mühafizə zonası, on kilometr radiusda isə müşahidə zonası qurulub. Həmin ərazilərdə quşların saxlanılması və daşınmasına ciddi məhdudiyyətlər tətbiq olunub.
Mütəxəssislər hazırkı yoluxma halının ötən həftə Ruqaland bölgəsinin Klepp kommunasında aşkar edilmiş xəstəliklə əlaqəli olub-olmadığını araşdırırlar. Həmin vaxt quş qripi səbəbindən 7,5 min toyuğun məhv edilməsinə ehtiyac yaranmışdı.
 

Hakimiyyət orqanları quşçuluq təsərrüfatlarının sahiblərini biotəhlükəsizlik tədbirlərini gücləndirməyə və quşlarda şübhəli simptomlar aşkarlandıqda dərhal məlumat verməyə çağırırlar.


Aşkar edilmiş virus quşlarda ağır xəstəliklərə və kütləvi ölümə səbəb ola bilən yüksək patogenli ştammlara aiddir. Bununla belə, Norveç mütəxəssislərinin qiymətləndirməsinə görə, insanların yoluxma riski son dərəcə aşağı olaraq qalır.
Bəs, Norveçdə tüğyan edən “quş qripi”nin ölkəmizə qədər yayılma təhlükəsi varmı?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, AQTA tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişləri və beynəlxalq epizootik vəziyyət mütəmadi olaraq izlənilir:
“Müxtəlif ölkələrdə, o cümlədən ayrı-ayrı inzibati ərazilərdə heyvan xəstəlikləri üzrə yoluxma ocaqları barədə məlumatlar daxil olduqda, mövcud risklər qiymətləndirilir, xəstəliyin ölkəmizə keçmə ehtimalının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür və zəruri qərarlar qəbul edilir. Qəbul edilmiş qərarlar barədə aidiyyəti dövlət orqanları məlumatlandırılır.
 

Eyni zamanda, xəstəlik qeydə alınmış ərazilərdən ölkəmizə idxal olunan məhsullara xüsusi nəzarət edilir, məhsulların mənşəyi və onların xəstəlik ocaqlarının yerləşdiyi ərazilərdən və ya müəyyən edilmiş mühafizə və müşahidə zonalarından daxil olub-olmaması araşdırılır. Risklər nəzərə alınmaqla, müvafiq idxal məhdudiyyətləri və digər baytarlıq nəzarəti tədbirləri tətbiq edilir.


AQTA tərəfindən quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi olaraq vəhşi və ev quşları arasında monitorinqlər aparılır, laborator müayinələr üçün nümunələr götürülür, quşçuluq müəssisələrində və fərdi təsərrüfatlarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət edilir.
Qeyd edək ki, ölkədə epizootoloji vəziyyət stabildir. Eyni zamanda ölkəmizin quş qripi xəstəliyindən azad statusu qorunub saxlanılır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Noyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri