Icma.az
close
up
RU
“Biz işdə olanda gəlib tarixi binamızı pis vəziyyətə salıblar” Foto

“Biz işdə olanda gəlib tarixi binamızı pis vəziyyətə salıblar” Foto

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bizim binamız dövlət tərəfindən qorunur. Necə olur ki, özünü təqdim etməyən şəxslər gəlib yaşadığımız evə zərər yetirirlər?!” 

Bu şikayətlə “Qafqazinfo”ya Səbail rayonunda yerli əhəmiyyətli memarlıq abidəsi statusunu daşıyan binada yaşayan sakinlər müraciət ediblər. 

Vətəndaşların sözlərinə görə, çıxarışda sözügedən binanın ünvanı Əbdülkərim Əlizadə: 3 olaraq göstərilib. Məhz həmin binada sakinlərin tanımadıqları şəxslər tərəfindən söküntü işləri aparılır: “Bu bina qorunur, mümkün deyil ki, söküntü işi görülsün. İnsanlar işdə olduğu zaman gəlib qapının domofonunu qıraraq binanın aşağısını pis vəziyyətə salıblar. Lakin bu işlərin kim tərəfindən və hansı əsasla həyata keçirildiyini öyrənmək istədikdə məlumat vermirlər. Məcbur qalıb öz vəsaitimizlə zədələnmiş hissələri bərpa etdik, çünki bu halda yaşamaq mümkün deyil”.

Şikayətçilər, həmçinin əlavə edib ki, onların etdiyi bərpadan sonra eyni hal baş verib: “Təəssüf ki, aprelin 24-də yenidən həmin şəxslər arakəsməni sökməyə cəhd etdilər, lakin biz sakinlər buna imkan vermədik. Biz işə getdikdən sonra isə onlar fürsətdən istifadə edərək bir daha arakəsməni dağıdıblar. Bununla bağlı sakinlərlə birgə müvafiq qurumlara müraciət etmişik. Baş verənlər bizim təhlükəsizliyimiz və əmlakımızın toxunulmazlığı ilə bağlı ciddi narahatlıq doğurur. Heç bir məlumat və nəzarət olmadan belə halların baş verməsi yanğın, subasma və digər fövqəladə hadisələrin riskini artırır. Qeyd etmək istəyirik ki, təxminən 20 il əvvəl də burada bənzər hadisələr baş verib”.

Sakinlərin iddiası ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza verilən cavab isə belə oldu: “Qaldırılan məsələ tərəfimizdən araşdırılıb. Araşdırma zamanı məlum olub ki, uzun illər öncə Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi: 3 ünvanında ümumi istifadədə olan pilləkan qəfəsinin zəbt olunmuş alt hissəsi sahibkar tərəfindən əvvəlki vəziyyətinə bərpa edilib”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Bakı şəhər Səbail rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsi 6 ünvanında yerləşən 3229 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib: “Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin üçüncü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində qanunsuz söküntü, təmir işlərinin aparıldığı müəyyən edilib. Aparılan icazəsiz təmir işləri sakinlərin də narazılığına səbəb olub. Aşkar edilən faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilib.

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır”.

Xidmətdən o da bildirilib ki, abidələrin qorunması haqqında qanunvericiliyin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Fidan Etibar 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see319

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see183

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see138

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see125

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri