Icma.az
close
up
RU
Biz onları cəmiyyətdən, real həyatdan təcrid edirik Mütəxəssis rəyi

Biz onları cəmiyyətdən, real həyatdan təcrid edirik Mütəxəssis rəyi

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Həddindən artıq dərs yükü uşaqların akademik biliklərini artıra bilər, lakin sosial bacarıqlarının və emosional inkişafının geri qalması riskini də yaradır. Biz onları cəmiyyətdən, real həyatdan təcrid edirik, salırıq dörd divarın arasına, ancaq “oxu” deyirik. Bəli, tamamilə doğrudur, biz öz əlimizlə robotlaşmış, hisslərdən uzaq bir nəsil yetişdiririk. Robot nə edir? Verilən əmri yerinə yetirir, proqramı mükəmməl bilir, amma ürəyi yoxdur, duyğusu yoxdur, çətinə düşəndə yaradıcı bir çıxış yolu tapa bilmir. Sabah bu uşaqlar böyüyüb universitet bitirəcəklər, hamısının əlində qəşəng diplomlar olacaq. Amma insanlarla ünsiyyət qura bilməyəcəklər, kollektivdə işləməyi bacarmayacaqlar, çünki sosiallaşmağı, bölüşməyi öyrənməyiblər”.

Təhsil eksperti Əmrah Həsənli bunu 525.az-a deyib.  Ekspert qeyd edib ki, texnologiya məlumatı insandan daha sürətli tapa bilər, amma yaradıcılıq, empatiya və insanlıq kimi keyfiyyətlər yalnız sağlam inkişaf etmiş fərdlərdə formalaşır:

“Bu gün divardan asılan o diplomlar, imtahandakı yüksək ballar süni intellektin, kompüterlərin qarşısında dəyərini itirir. Çünki texnologiya o məlumatları uşaqdan daha tez tapır. Bəs uşağı fərqli edən nədir? Onun yaradıcılığı, xarakteri, insanlığı. Biz uşaqların beynini faktlarla doldurub, ruhunu ac qoyuruq. Təhsil lazımdır, mütləqdir, amma uşaqlığı, sağlam psixologiyanı qurban vermək bahasına yox. Balansı qaçırtmışıq və vaxtında ayılmasaq, gələcəkdə savadlı, amma bədbəxt və robot kimi soyuq bir cəmiyyətlə baş-başa qalacağıq”.

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyun 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri