Icma.az
close
up
RU
“Biz Qarabağın bütün sakinlərini həyəcanlandırdıq” Firdovsi Kərimovun ə MÜSAHİBƏSİ

“Biz Qarabağın bütün sakinlərini həyəcanlandırdıq” Firdovsi Kərimovun ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Xankəndidə Gənclər Fondunun və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin dəstəyi ilə bir neçə gün əvvəl “Velosipedlə Qarabağa - Qələbənin izi ilə” layihəsi həyata keçirilib. Peşəkar velosipedçilər və həvəskarlarla yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev də Qarabağın rəmzi məkanlarını birləşdirən 44 kilometrlik marşrutu qət edib.

Bu tədbirin aparıcısı və iştirakçısı Azərbaycanın ilk “Ironman”ı Firdovsi Kərimov olub. O, İdman.Biz-ə müsahibəsində prosesin necə keçdiyini danışıb.

- Veloyürüş sizdə hansı emosiyaları oyatdı?

- Bir çox yarışlarda iştirak etmişəm və əlbəttə, Bakı bizim sevimli, doğma şəhərimizdir. Lakin azad olunan ərazilərdə idmançı kimi belə bir layihədə yer almaq - bu, təsvirolunmaz bir hissdir. Uzun illər həsrətində olduğumuz ərazilərdən keçdikcə nəfəsimiz kəsilirdi. Hava da inanılmaz dərəcədə əlverişli idi: günəşli, aydın, duman yox. Bunun sayəsində sonsuz dağları, meşələri, düzənlikləri - bu yerlərin bütün gözəlliyini görə bilirdik.

Tədbirin özü çox rəngarəng və yaddaqalan idi. Bütün yolboyu müharibəni, qəhrəmanlarımızı və onların şücaətlərini xatırlayırdıq. Hər an bizə bu qələbənin nə bahasına başa gəldiyini xatırladırdı. Xalqımız və bu torpaqları illər sonra geri qaytardığımız üçün böyük qürur hissi yaşayırdıq.

- Veloyürüş üçün şərait varmıydı?

- Bilirsiniz, biz Qarabağa düşmək üçün bəlkə də daşlı-kəsəkli yolla getməyə belə hazır idik. Lakin yeni asfaltı görəndə necə təəccübləndiyimizi təsəvvür edə bilməzsiniz. Örtük mükəmməl idi!

- Marşrut nə qədər vaxt aldı?

- Təxminən 1 saat 50 dəqiqə. Amma nəzərə alın ki, marşrutun böyük hissəsi yüksəlişlərdən ibarət idi.

- Veloyürüş zamanı həm danışmaq, həm də məsafəni qət etmək çətin olmadı ki?

- İnanması çətin olsa da, məsafəni necə keçdiyimi hiss etmədim. Sakit tempdə başladıq, sonra iştirakçılar sürətin artırılmasını istədilər. Mən təkcə onlarla söhbət etmirdim, həm də hamını motivasiya edir, yüksəlişlərdə necə davranmağı, sürəti necə bölüşdürməyi izah edirdim. Həm də mahnılar oxuyurduq! Doğrudur, ən uzun yüksəlişdə artıq oxuya bilmirdim (gülür).

Qeyd etmək istəyirəm ki, bu yürüş vaxt üzrə yarış deyildi. Biz intizamla, piloton şəklində, heç bir hadisə olmadan hərəkət etdik və yolu Xankəndidə uğurla tamamladıq. Çünki idman – birlikdir, hamının eyni ritmdə və eyni məqsədlə irəliləməsidir. Qrupumuzda müxtəlif velosipedlər və fərqli hazırlıq səviyyəsi olan insanlar vardı: həvəskarlar, peşəkar idmançılar, şosse, hibrid və hətta bir dağ velosipedi.

- Peşəkar velosipedçilər sizə nə isə öyrətdilərmi?

- Bəli! Mənə dedilər ki, dizlərimi yana açırmışam, halbuki velosiped sürərkən dizlər daha yaxın saxlanılmalıdır. Mən də öz növbəmdə uşaqlara kömək edirdim. Məsələn, görürdüm ki, kiminsə yüksəlişdə pedalı çevirməsi çətinləşir, bu da güc çatışmazlığından yox, ötürməni vaxtında yüngülləşdirmədiklərindən irəli gəlirdi. Enmə zamanı da öz qaydaları var. Üstəlik, hər 15-20 dəqiqədən bir oturacaqdan qalxıb bir qədər ayaqüstə pedal çevirmək tövsiyə olunur.

Böyük bir qrup təsəvvür edin – bir yanlış manevr ciddi yıxılmaya səbəb ola bilərdi. Xoşbəxtlikdən, hər şeyi əvvəlcədən təşkil etmişdik: daha təcrübəlilər ön hissədə gedirdi. İki-üç nəfər isə qrup boyunca irəli-geri hərəkət edərək yeni başlayanlara məsləhətlər verirdi.

- Veloyürüşdən hansı an xüsusilə yadda qaldı?

- Hamımızın yadında qalan son böyük yüksəliş oldu - Xankəndinin qarşısında və artıq şəhərin içində. Həqiqətən də çox uzundu. Amma bu, finişə yaxın olduğundan xüsusi bir ruh hiss olunurdu.

- Yerli sakinlərlə qarşılaşa bildinizmi?

- Keçdiyimiz bütün rayonlarda sakinləri salamladıq. Bizə çox isti münasibət göstərildi. Sözün əsl mənasında hamını həyəcanlandırmışdıq, çünki heç kim bu qədər böyük bir velosipedçi qrupunu - təxminən yüz nəfəri - görməyi gözləmirdi. Həmçinin Qarabağ Universitetinin tələbələrinə də əl elədik. Həmin anda dayanmadıq, amma sonra bəzi tələbələr finişə gəldilər. Orada onlarla və digər yerli sakinlərlə söhbət etdik.

- Veloyürüşdə yerli sakinlər iştirak edirdimi?

- Xeyr. Torpaqlar azad olunandan bəri burada çoxlu idman tədbirləri keçirilir. Əminəm ki, bir il sonra yenidən bayramı qeyd edəndə yerli sakinlər artıq fəal şəkildə bizə qoşulacaqlar. Bu, gözəl bir ənənəyə çevriləcək. Onlar velosipedlərimizi böyük maraqla incələyir, suallar verirdilər və belə layihələrə qatılmağı arzuladıqlarını deyirdilər.

Yeri gəlmişkən, Milli Qəhrəmanımız Mədət Quliyev belə uzun yol getdikdən sonra Xankəndində çoxlu velosiped və idmana həvəsli insanların olmasını arzuladığını söylədi.

- O da yürüşdə iştirak etdi?

- Əlbəttə! Startdan finişə qədər bizimlə idi. Daim necə olduğumuzu soruşur, hər kəsə istisnasız diqqət göstərirdi. Bu, bizi inanılmaz dərəcədə motivasiya etdi.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri