Biz Qurban Qurbanovun əla məşqçi olduğunu tez bir zamanda anladıq Maksim Medvedev
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
“Qarabağ”ın keçmiş kapitanı Maksim Medvedev Qurban Qurbanovun 2008-ci ildə baş məşqçi təyin olunmasını, ilkin gözləntiləri və sonrakı irəliləyişlərini xatırlayıb.
Sportal.az xəbər verir ki, “The Guardian”a danışan Medvedev Ağdam klubunun Avropa Liqasında "Rosenburq"u məğlub etdiyi görüş haqda da danışıb:
"O, gənc məşqçi idi və o vaxtlarda yerli məşqçilərə o qədər də etibar etmirdilər. Qurban Qurbanov sıfırdan başladı və bu işdə uzun müddət qalmayacağı haqda düşünürdülər. Amma biz onun əla məşqçi olduğunu tez bir zamanda anladıq. İlk mövsümündə ölkə kubokunu qazandıq və sonra Avropa Liqasının təsnifat mərhələsində "Rosenborq"u məğlub etməyi bacardıq. Bütün bu macəra məhz o oyundan sonra başladı. Qurbanov rəhbərliyin tam etimadını və onların müdaxiləsi olmadan işləmək imkanı qazandı. O, komandanı addım-addım qurdu. Biz heç vaxt ulduzlarla müqavilə bağlamamışdıq. Qurban Qurbanov üçün bütün oyunçular bərabərdir. O, tələblərini yeni gələnlərə izah edir və yalnız onları qəbul edənlər komandanın bir hissəsi ola bilir. Birlikdə olduğumuz bütün müddət ərzində heç kimlə ciddi münaqişəsi olmayıb. O, sərt məşqçidir, intizama böyük diqqət yetirir, eyni zamanda çox ədalətlidir. Üstəlik, o, həmişə oyunçularını qoruyur, onlara kömək edir və peşəkar, həyati məsləhətlər də verirdi. Hamı onu sevir və hörmət edir.
Qurban Qurbanovun rəhbərliyi altında oyunu idarə etməyə və mümkün qədər çox qol epizodu yaratmağa çalışırdıq. Heç vaxt səhv etməkdən qorxmadıq. Hətta ən güclü rəqiblərə qarşı belə oyun stilimizi dəyişmirdik. Bu, xüsusilə də özünü 2020-ci ildə Varşavada “Legiya” üzərində 3:0 hesablı qələbədə daha aydın göründü. O vaxtdan bəri hər kəsi məğlub edə biləcəyimizi anladıq və daha hücum futbolu oynamağa başladıq””.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 28 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















