Icma.az
close
up
RU
Biz robotlaşırıq?

Biz robotlaşırıq?

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsan səsi həmişə sükutu yararaq yol tapıb. Amma indi sükut fərqli bir anlam daşıyır, boşluğun içində itib gedən səslərin əks-sədasıdır elə bil. Artıq sakitlik rahatlıq deyil, anlayışsızlığın, əlaqəsizliyin, unutqanlığın simvoludur. O, içində milyonlarla boğulmuş səs saxlayan qaranlıq boşluqdur.

İnsanlar daha çox danışır, daha az eşidir. Mesajlar yazılır, statuslar paylaşılır, səslər yüksəlir, amma heç nə deyilmir. Bir vaxtlar məktublar qəlbin ritmi ilə yazılır, cavablar gözləntilərin içində yetişirmiş. Gözləntilər uzun idi, cavablar qısa olsa da kifayət edirdi. İndi isə hər şey əksinədir – cavablar sürətlidir, həm də qısa və hissiz.

Bir masada oturub susuruq, eşidilən tək klaviaturalarımızın səsidir. Hər gün sosial mediada saysız mesaj göndərir, statuslar, şəkillər paylaşırıq. Sanki dünyaya var olduğumuzu sübut etməyə çalışırıq, amma içimizdə bir boşluq var. Bu boşluğun adı nədir? Tənhalıq, yoxsa unudulmaq qorxusu?

Bir vaxtlar ailə münasibətləri qayğı içində nəfəs alırdı. Birinin yorğun olduğunu hiss etmək üçün sözlərə ehtiyac yox idi – baxış yetərliydi. Uşaq səhər yuxudan duran kimi atasını axtarırdı, ana hər kəsi süfrə başına yığırdı. Axşamlar günün necə keçdiyi danışılır, uzun söhbətlər olurdu. İndi hər kəs öz otağına çəkilib, öz ekranına baxır. Bir evin içində mesajla ünsiyyət qurur bu günün ailəsi. Tənhalıq artıq tək olanların deyil, birlikdə yaşayanların da problemidir. 1990-cı illərdə ailələr birlikdə gün ərzində ortalama 90 dəqiqə danışırdı, indi bu rəqəm 35 dəqiqəyə düşüb. Oksford Universiteti tədqiq edib bunu.

Valideyn-övlad münasibətləri də dəyişib. Bir vaxtlar ata-ana sözləri mütləq idi, nəsihətlər həyatın yol xəritəsi kimi qəbul olunurdu. İndi isə valideynlər övladları ilə dost olmaq istəyir. Uşağın isə ailədə dostdan qabaq anaya, ataya ehtiyacı var.

Uşaqlar evin içində deyil, ekranların arxasında böyüyür. Eyni evdə fərqli dünyalar qururuq.

Dostluqlar da mahiyyətini dəyişib. Bir vaxtlar dostluq illərlə formalaşır, sınaqlardan keçirdi, indi isə “onlayn” dünyada baş verir hər şey. Çünki artıq heç kimin heç kimə izah edəcək bir şeyi yoxdur. Artıq getməyin səbəbləri belə deyilmir, çünki sükut daha asan həll edir bunu. İtirdiyimizi anlayana qədər susuruq. Sonra artıq danışmağın da mənası qalmır. Sosial mediada dostlarımızın şəkillərinə “super görünürsən” yazırıq, emojilər göndəririk, nə hiss etdiklərini isə soruşmuruq.

Bir vaxt küçədə saatlarla söhbət edən insanlar indi bir-birinin həyatını virtual izləməklə kifayətlənir. Çünki bu günün insanı klassik anlamda dostluqdan çox görünməyə önəm verir. Həqiqi dostluq isə görünmək yox, hiss edilməkdir. Dostluq artıq eyni stol arxasında oturub gülmək deyil, eyni paylaşımın altında şərh yazmaqdır. Paylaşım çoxdur, paylaşmaq az.

Virtual dünyada min dostun olar, bəs darıxanda zəng vurmağa neçə adam taparsan? Kim səni gerçəkdən dinləyir? İsveçdə aparılan bir araşdırmaya görə, geniş sosial şəbəkəyə sahib insanlar real həyatda özlərini tənha hiss edirlər.

Sevgi gözləməkdir: bir insanın gəlişini, bir mesajın cavabını, bir toxunuşun icazəsini gözləmək. Əvvəllər belə idi. Hər şeyin öz axarı, öz ritmi vardı. Sevgi zamanla yayılırdı, böyüyürdü, dərinləşirdi. İndi sevgi “bir baxışla, toxunuşla seçim etmək” olub, əlavə enerji tələb edən bir şeyə çevrilib. Flirt etməyə (xoş münasibət qurmağa can atmaq deyərdim buna) zaman yoxdur, çünki bunun üçün rahat tətbiqlər var – Bumble, Tinder, Hinge. İnsanlar artıq real həyatdakı cazibəni deyil, profildə yazılan keyfiyyətləri axtarır. Əvvəllər tanışlıq üçün cəsarət lazım idi, indi profil təsdiqlənməsi kifayətdir.
Sevgi indi az risk, çox qazanc gətirən biznes kimidir. Həmişə başqa bir seçim var. Münasibətlərin davamlılığı qeyri-müəyyəndir, çünki “Bəlkə də daha yaxşı biri var” sualı hər kəsi sınağa çəkir. Bağlılıq risk, azadlıq isə rahatlıq kimi görünür. Sosial media sonsuz ehtimalları əlçatan edib – yanındakı insan belə alternativlərin içində itib gedir. Seçmək azadlığı itirmək kimi hiss olunur.

İnsanlar artıq kiməsə bağlanmaq istəmir, çünki bu münasibət içində dəyişmək, uyğunlaşmaq, kompromisə gəlmək özündən imtina kimi hiss olunur, başa düşülür. Birlikdə olmaq üçün yox, təkliyin səsini azaltmaq üçün görüşürük.

İnsanlar artıq süni intellektlə ünsiyyət qurur, robotlarla danışır. Çünki süni intellekt mübahisə etmir, küsmür, incimir. Onlar daha səbirli, daha anlayışlı, daha “insan” kimidirlər. “Google Aİ”nin araşdırmasına görə, 2035-ci ilə qədər süni intellektlə dostluq, hətta romantik münasibətlərin yayılması ehtimalı 65 faizdir. Bu, təəccüblü deyil. Çünki insanlar bir-birlərindən anlayış gözləsələr də, bunu bir-birlərinə vermirlər. Bu halda süni intellekt daha mükəmməl görünür, çünki o, səndən heç nə istəmir.

Biz insan münasibətlərinin mürəkkəbliyindən yorulmuşuq. Sevgini, dostluğu, ünsiyyəti belə sadələşdirməyə çalışırıq. Amma sevgi həmişə çətin olub, ona görə də dəyərli idi.

Bəs gələcəkdə sevgi nə olacaq? Bir-birimizə mesaj yazaraq sevgimizi ifadə edəcəyik, yoxsa sadəcə süni intellektin hazırladığı romantik cümlələrə güvənəcəyik? Dostlarımız bizi dinləyən insan əvəzinə, duyğularımızı analiz edən proqramlara çevriləcək?

Bəlkə artıq bir-birimizə danışmaq üçün yox, cavab almaq üçün yazırıq?

Bəlkə ünsiyyət artıq əlaqə yaratmaq deyil, sükutun ağırlığını yüngülləşdirməkdir?

Bəlkə dostluq daha etibar deyil, məlumat mübadiləsidir?

Bəlkə bağlılıqdan qaçmaq bizi azad etmir, daha böyük boşluğa sürükləyir?

Bəlkə sevginin gələcəyi artıq proqramlaşdırılıb, biz isə hələ də onu axtardığımızı düşünürük?

Bəlkə biz artıq real münasibətlərdən bezmişik, onları daha sadə, daha “effektiv” bir şeylə əvəz etmək istəyirik?

Bəlkə biz robotlaşırıq, amma bunu qəbul etmək istəmirik?

Səsin sükutu pozan era bitdimi? Üzümüz əbədi sükunətəmi doğrudur?

Bu suallara cavabım yoxdur. Bəlkə elə buna görə mən hələ də insana, onun səsinə, isti nəfəsinə, sevgi dolu ünsiyyətinə inanıram.

Nərgiz Qazi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see463

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see439

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see374

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see222

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see218

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see203

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see181

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see178

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see177

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see175

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see175

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see173

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see173

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see166

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see165

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see165

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri