Anamın sözlərini eşidəndə tüklərim biz biz oldu
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
"Anamın müsahibsini eşitdim və tüklərim biz-biz oldu. Bu, böyük məsuliyyətdir. Gərək üzərimdə yaxşı çalışım, anamın dediklərini təsdiqləyim".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova "Afaqla 10lar" verilişində deyib. Pop kraliçanın onun haqda dediyi "İlqarə oxusa, gərək mən də bir neçə ilə çəkilim kənara" sözlərinə ifaçı belə reaksiya verib.
İlqarə şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb:
"Gözəl və məsuliyyətli hissdir. Hələ evlilik haqda düşünmürəm. Həyatımda da kimsə yoxdur. Yalnız işimlə məşğulam. Ailəm toplaşanda deyir, inşallah, İlqarənin toyunda. Əvvəl deyirdim, ana, yox. Amma hər adam kimi mən də istəyirəm həyatımda kimsə olsun. Hər şeyin vaxtı var, qismət məni tapar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 07 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















