Icma.az
close
up
RU
“Biz sadəcə növbəti yarışı keçirmək yox, yaddaqalan idman hadisəsinə imza atmalıyıq” Pyer Lafontenin ə AÇIQLAMASI

“Biz sadəcə növbəti yarışı keçirmək yox, yaddaqalan idman hadisəsinə imza atmalıyıq” Pyer Lafontenin ə AÇIQLAMASI

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanda artıq üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun ilk mərhələsinə hazırlıq proseslərinə başlanılıb. Yarışlar 2026-cı il 1-3 oktyabr tarixlərində Bakı Su İdmanı Sarayında keçiriləcək. Bu nüfuzlu tədbirin tarixi yaxın günlərdə açıqlanıb.

Pyer Lafonten İdman.Biz-ə bildirib ki, qarşıdakı turnirlə əlaqədar keçən həftə Bakıya “World Aquatics” prezidentinin səfəri təşkil olunub.

Lafonten qeyd edib ki, Bakı Su İdmanı Sarayında infrastrukturun modernləşdirilməsi işlərinə artıq start verilib. Üzgüçülük hovuzunun 10 yaşı var - o, 2015-ci il Avropa Oyunlarına hazırlıq çərçivəsində inşa olunub:

“Dünyanın ən yaxşı hovuz inşaatçıları arasında yer alan “Murtha Pools” şirkətinin nümayəndələri ilə görüşdüm. Onlar Dünya Kuboku mərhələsinə hazırlıq üçün hovuzun necə təkmilləşdirilə biləcəyini qiymətləndirdilər. Eyni zamanda xronometraj məsələlərini müzakirə etdik - sistemi daha mükəmməl etmək üçün görüləcək işləri nəzərdən keçirdik. Beynəlxalq yarışların təşkili həmişə infrastrukturun inkişafına təkan verir. Necə ki, avtomobil yarışlarına hazırlıq zamanı şəhərin küçələri təmizlənir və hər şey qaydaya salınır, biz də bu turnir sayəsində hovuzu yeniləyə, onu növbəti 10 il üçün hazır vəziyyətə gətirə bilərik. Üstəlik, Dünya Kubokunun mərhələlərini ardıcıl iki-üç il qəbul edəcəyik”.

Fransalı mütəxəssis hesab edir ki, bu miqyaslı tədbir əhali, xüsusən də uşaqlar üçün güclü stimul olacaq:

“Arzum odur ki, tribunalar tam dolu olsun. Valideynlərlə yanaşı məktəblilər də əyləşsin və biz onlara göstərə bilək ki, baxın, siz də belə gələ və üzgüçülüklə məşğul olmağa başlaya bilərsiniz”.

Lafonten əlavə edib ki, o, daha əvvəl Kanadada Dünya Kuboku yarışlarını təşkil edib və indi əsas məqsədi odur ki, əcnəbi qonaqlar Bakını yalnız “Formula-1” şəhəri kimi yox, həm də su idmanı növləri üzrə böyük beynəlxalq turnirlərin keçirildiyi məkan kimi tanısınlar:

“Biz unudulmaz anlara imza atmaq istəyirik ki, atletlər desin: “Mən yenidən Bakıya qayıtmaq istəyirəm”. Məqsədimiz həm təşkilati səviyyə, həm bayram atmosferi, həm də yüksək sürətlər baxımından hər kəsi heyran etməkdir. Bizə sadəcə növbəti yarışı keçirmək yox, yaddaqalan idman hadisəsinə imza atmalıyıq”

Pyer Lafonten onu da bildirib ki, Dünya Kubokunun Bakı mərhələsi başa çatan kimi, ertəsi gün dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin qatılacağı məşqçi seminarı keçiriləcək. Bu təşəbbüs yerli məşqçilərin inkişafına xidmət edir:

“Bu, bizim “World Aquatics” ilə əla münasibətlərimizin göstəricisidir. Qazaxıstanla - üçüncü mərhələnin keçiriləcəyi ölkə ilə birlikdə - sehrli üçmərhələli tsikl yaratmağı düşünməliyik”.

Leyla Eminova

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri