“Mən sadəcə yarış meydanına qayıtmaq yox, çempion olmaq istəyirəm” Asxab Kalayevin ə AÇIQLAMASI
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu, İkinci Qarabağ müharibəsinin veteranı Asxab Kalayev qarşıdan gələn ağır atletika üzrə Azərbaycan çempionatında çıxış etməyi planlaşdırır.
İdman.Biz-ə açıqlamasında hazırda Azərbaycan Deflimpiya Oyunları Komitəsində şöbə müdiri vəzifəsində çalışan 27 yaşlı Asxab Kalayev bildirib ki, o, sadəcə olaraq yarış meydanına qayıtmaq deyil, yeddi ildən sonra yenidən qalib olmaq əzmindədir.
“Mən son dəfə ölkə çempionatında müharibədən bir qədər əvvəl, 2019-cu ildə çıxış etmişdim və 110 kiloqramdan yuxarı çəki dərəcəsində çempion olmuşdum. İndi isə sadəcə qayıtmaq yox, yeddi il əvvəlki uğurumu təkrarlamaq istəyirəm. Əks halda qayıtmağın nə mənası var? Artıq daha intensiv məşqlərə başlamışam və gələn ilin fevral ayının sonu və ya mart ayının əvvəlində keçirilməsi nəzərdə tutulan çempionata qədər forma yığacağıma ümid edirəm. Daha sonrasını indidən demək istəmirəm - hər şey ölkə çempionatında göstərəcəyim nəticədən asılı olacaq”, - deyə Asxab Kalayev qeyd edib.
Vüqar Vüqarlı
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















