Icma.az
close
up
RU
Biz toy hazırlayırıq, yoxsa ailə?

Biz toy hazırlayırıq, yoxsa ailə?

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Toyun özü problem deyil. Problem odur ki, bəzən toy ailənin başlanğıcı olmaq əvəzinə, sosial yarışa çevrilir.
Bir tərəfdən insanlar deyirlər. Həyat bahadır, ev almaq çətindir, maaşlar azdır. Digər tərəfdən, 300–500 nəfərlik toylar, kreditlə alınmış qızıllar, bahalı dekorasiyalar,
bir gecəlik nümayiş üçün aylarla, bəzən illərlə ödənilən borclar".
Newscenter.az xəbər verir ki, bunları Kəmalə Bayramova deyib. O bildirib ki, hər kəs öz seçiminə görə məsuliyyət daşıyır:
"İmkanı olan insanın böyük toy etməsi onun haqqıdır. Amma imkanından artıq xərcləyib, sonra həmin yükün altında əzilmək artıq seçim yox, cəmiyyətin görünməz təzyiqinin nəticəsi olur.

Mənə elə gəlir ki, biz uşaqlara kiçik yaşlardan bunları öyrətməliyik. Maliyyə savadlılığını, emosional yetkinliyi, düzgün tərəfdaş seçməyi, "yox" deməyi, başqalarının fikri ilə deyil, öz dəyərləri ilə yaşamağı. Çünki ailəni xoşbəxt edən gəlinliyin qiyməti, tortun neçə mərtəbəli olması, restoranda neçə növ yemək olması deyil.
Ailəni xoşbəxt edən hörmət, məsuliyyət, anlayış, ortaq məqsədlər, çətin günlərdə bir-birinə dayaq olmaqdır".
Kəmalə Bayramova qeyd edib ki, bəzən biz evliliyə toy qədər hazırlaşmırıq:
"Toy üçün aylarla plan qururuq, amma birlikdə yaşamağı, problemləri həll etməyi, büdcəni idarə etməyi öyrənmirik.
Bəlkə də özümüzə bu sualı verməliyik:
Biz toy hazırlayırıq, yoxsa ailə?
Çünki toy bir gün çəkir. Ailə isə ömür boyu davam edə bilər. Unsanın həqiqi xoşbəxtliyi, çox vaxt, insanların alqışladığı o bir neçə saatda deyil, evə qayıtdıqdan sonra yaşadığı sakitlikdə və güvəndə gizlənir. "İnsanlar xoşbəxt yaşamaq üçün çalışmalıdır, başqalarına xoşbəxt görünmək üçün yox"
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri