Heydər Əliyev Sarayında "Yubiley Gecəsi" keçirildi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Yubiley gecəsi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.
Axar.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gecədə ilk olaraq Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış edərək Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.
Daha sonra gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri Zeynəb Xanlarova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Teyyub Aslanov, Samir Cəfərov, Əməkdar artist Aybəniz Haşımova, Sevda Ələkbərzadə, eləcə də Emil Əfrasiyab, İlqar Xəyal, Teymur Hənifəyev və “Rast” qrupu tamaşaçılara musiqi nömrələri təqdim ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı da gecəyə xüsusi rəng qatıb. Latviyanın tanınmış müğənnisi Layma Vaykule də yubiley konsertində səhnəyə çıxıb.
Tədbir çərçivəsində Azərbaycan televiziyasının görkəmli aparıcıları Eldost Bayramov, Həqiqət Əsgərzadə, Roza Tağıyeva, Dilarə Səlim, Ofeliya Sənani, Tamilla Ələkbərova, Rafiq Həşimov, Şərqiyyə Hüseynova və Nərgiz Cəlilova televiziya və radio tarixindəki xatirələrini bölüşüblər.
Yubiley gecəsində AzTV-nin zəngin arxiv materialları əsasında hazırlanmış filmlər nümayiş etdirilib. Həmçinin televiziyanın tamaşaçıların yaddaşında iz qoymuş məşhur tamaşalarından səhnəciklər təqdim olunub.
Möhtəşəm yubiley gecəsi Azərbaycan Televiziyasının 100 nəfərlik xor kollektivinin ifası ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Noyabr 2026 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















