Icma.az
close
up
RU
“Biz Ulu Öndər Heydər Əliyevin elmi siyasi irsini öyrənirik” mövzusunda tədbir keçirildi FOTO

“Biz Ulu Öndər Heydər Əliyevin elmi siyasi irsini öyrənirik” mövzusunda tədbir keçirildi FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Biz Ulu Öndər Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” mövzusunda olan növbəti dərs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində keçirilmişdir.

Redaktor.az xəbər verir ki, tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə aqrar sahənin inkişafı üçün strateji addımlar atılmış, xüsusilə su hövzələrinin yaradılması, su ehtiyatlarının mühafizəsi və idarə olunması istiqamətində mühüm qərarlar qəbul edilib. Onun bu sahədə formalaşdırdığı siyasət bu gün də ölkənin su ehtiyatlarının artırılmasında mühüm baza rolunu oynayır.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq, Elm və İnnovasiya şöbəsinin müdiri Riad Axundzadə məruzə ilə çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin su siyasəti bu gün ölkəmizin su idarəçiliyi modelinin təməlini təşkil edir. O bildirib ki, ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş meliorasiya və irriqasiya layihələri nəinki o dövr, hazırda da Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin dayanıqlı su təminatında əvəzolunmaz rola malikdir. Məhz həmin dövrlərdə həyata keçirilən layihələr nəticəsində su anbarları, irriqasiya-meliorasiya sistemləri genişləndirilmiş, strateji əhəmiyyətli infrastruktur formalaşmışdır.

Riad Axundzadə qeyd edib ki, hazırkı mərhələdə Dövlət Su Ehtiyatları Agentliyi su ehtiyatlarının dayanıqlı idarə olunması sahəsində elmi yanaşmalar, rəqəmsal texnologiyalar, innovativ monitorinq sistemləri və beynəlxalq əməkdaşlıq mexanizmlərini tətbiq edir. O bildirib ki, ekoloji monitorinq üsulları su ehtiyatlarının qorunması, çirklənmənin qarşısının alınması, su itkilərinin azaldılması və gələcək nəsillər üçün resursların etibarlı saxlanılmasına xidmət edir.

Tədbirdə Meliorator İlk Partiya Təşkilatının sədri (Üzeyir Hacıbəyli 84) Saleh Sadıqov çıxış edərək Dövlət Su Ehtiyatları Agentliyinin strategiyası, həmçinin Agentlik nəzdində yeni yaradılmış SEDAM — in fəaliyyəti haqqında dolğun məlumat vermişdir.

İclas zamanı müdavimlər su ehtiyatlarının idarə olunması, beynəlxalq əməkdaşlıq, rəqəmsallaşma və gələcək layihələrlə bağlı maraqlı suallar verib və praktik su idarəçiliyi üzrə müzakirələr aparıblar.

Tədbirin sonunda iştirakçılar Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən Su Muzeyi ilə tanış olub, Su və Meliorasiya ETİ-nun “Hidroloji və Hidrogeoloji tədqiqatlar şöbəsinin” Aparıcı elmi işçisi Akif Təhməz oğlu Hacıəliyev muzeydə ölkədə su təsərrüfatının tarixi inkişaf mərhələləri, Ulu Öndər Heydər Əliyevin sahəyə verdiyi mühüm töhfələr və müasir dövrdə həyata keçirilən layihələrlə bağlı ekspozisiyalarla yaxından tanış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri