Icma.az
close
up
RU
Biz xəstələrin öldürülməsinə və şikəst qalamsına imkan verməyin Ağcabədi sakinindən nazirliyə MÜRACİƏT

Biz xəstələrin öldürülməsinə və şikəst qalamsına imkan verməyin Ağcabədi sakinindən nazirliyə MÜRACİƏT

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədi rayon sakini Hüseynov Adışirin Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi haqsızlığa uğradığını bildirir:

“Mən, Hüseynov Adışirin Sabir oğlu, yazaraq bildirirəm ki, 10 ildir dializ xəsdəsiyəm, böyrəklərim işləmir. Bu səbəbdən də 1-ci qrup əlilliyim var.

Xeyli vaxt idi qolumdan dializ olunurdum. Qoluma qoyulan “fistal” xarab olduğu üçün, onu dəyişmək lazım gəldi. Özəl xəstəxanaya göndərdilər ki, yeni "fistal" qoyulsun. Həmin xəstəxanada pulsuz etmədilər ki, dövlət bizə onu pulsuz vermir. Məcbur qalıb, pulunu verdim, boyun nahiyəmdən qoydurdum.

1 ilə yaxındır ki, onunla dializ olunuram. Amma qolumda dəhşətli ağrılar səngimək bilmirdi. Bu səbəbdən göndərişlə “İstanbul NS” klinikasına yönləndirdilər. Orada həkim İlqar Hüseynovun qəbulunda oldum. "Anju" əməliyyatı olundum. Əməliyyat uğursuz oldu. Barmaqlarımı hərəkət etdirə bilmirəm. Ora qoyulan "fistal"ı da bərpa etmək əvəzinə, xarab etdilər.

Həkim İlqar Hüseynov "2 həftə sonra gəl" dedi. Həmin vaxt getdikdə isə qəbul etmədi. Bildirdi ki, "get, özünə başqa həkim tap, sənin əməliyyatını sığorta qalşılamır". Hətta bildirdi ki, mənim əməliyyatıma görə onun əmək haqqından 1900 manat pul tutulub. Bu səbəblə də bizi başqa həkimə yönləndirdi.

Hazırda boyun nahiyəmdən də dializ ola bilmirəm, vəziyyətim yaxşı deyil. Boynumdakının yerini dəyişib, qolumu yenidən əməliyyat etmək lazımdır. Ağcabədi Rayon Xəstəxanasından Bakı şəhərində yerləşən bir neçə xəstəxanaya sorğu göndərilib, lakin imtina cavabı verirlər.

“İstanbul NS” klinikasının həkimi İlqar Hüseynov məni səhv əməliyyat edib. Bu gün də onun fəsadını çəkirəm. Sizin sayt vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edirəm ki, biz xəstələrin öldürülməsinə və şikəst qalamsına imkan verməyin". 

Jale FAMİLQIZI

Redaksiyadan: Yazıda adı qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri