Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bizdə kino sahəsi fədakarlıq üzərində qurulub

Bizdə kino sahəsi fədakarlıq üzərində qurulub

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Müsahibimiz rejissor Pərviz Həsənovdur. O, "Qırmızı bağ", "Üçüncü günün adamı", "Yoxdu belə söhbət", "İnikas", "Siqnal", "100 kağız" kimi filmlərin ikinci rejissoru, "Ayaqqabı əməliyyatı", "İkinci pərdə", "Qulyabani", "Soraq", "Tahirə" kimi filmlərin quruluşçu rejissorudur.

Rejissor Pərviz Həsənov ilə söhbəti təqdim edirik. 

- Pərviz bəy, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına layiq görülmüsünüz. Bu münasibətlə sizi təbrik edirəm. Bilmək istərdim, belə mükafatlar fəaliyyətinizə hansı töhfələr verir?

- Sadəcə stimul verir. İnsan əməyinə az da olsa qiymət verildiyini görəndə, kimsə "sağ ol" deyəndə, bu, çox yaxşı təsir edir. Bizim cəmiyyətdə "dəyər verən yoxdur" kimi fikirlər çox səslənir, amma zaman-zaman belə təşəkkürlər eşidəndə insan sevinir.

- Uzun illər ikinci rejissor kimi fəaliyyət göstərmisiniz. Yığdığınız təcrübə ilə rejissor kimi ilk işinizdə gözlədiyiniz nəticəni ala bildinizmi?

- Sənətdə yüzdə yüz istədiyini almaq çox nadir hallarda mümkün olur, xüsusən də kino sahəsi bizim kimi hələ tam formalaşmamış ölkələrdə. Xarici ölkələrdə bu, mümkündür, çünki sistem fərqlidir. Düzdür, bizdə nəzəri cəhətdən öyrəndiklərimiz beynəlxalq standartlarla üst-üstə düşür, amma orada proses sona qədər işləyir. Məsələn, Hollivudda bir film üçün əvvəlcə 63 milyon dollar ayrılmışdı, amma çəkiliş prosesi zamanı məlum oldu ki, bu büdcə kifayət etmir və məbləğ 90 milyona qaldırıldı. Bizdə bunu təsəvvür belə etmək çətindir (Gülür). Bu, yalnız maliyyə məsələsi deyil, ümumi sistem məsələsidir. Bir işi tam və keyfiyyətli görmək üçün həm şəxsi hazırlıq, həm də komanda, prodakşn və kino sistemi buna hazır olmalıdır.

Bizdə kino sahəsi əsasən fədakarlıq üzərində qurulub. Sistemin zəifliyinə baxmayaraq, əgər yaxşı nəticə istəyiriksə, çalışmalıyıq. Çətinlikdən qaçmaqla irəli gedə bilmərik. Əgər sonda uğursuz olacaqsa, onda niyə buradayıq? Mən "İkinci pərdə" filmini yazandan altı il sonra qonorarımı aldım. Nə edə bilərdim? Həm də biz yeni bir film ərsəyə gətirmək istəyirdik. Həmin dövrdə hamı komediya çəkirdi. Sənət adamının işi yön verməkdir. Biz istəyirdik ki, artıq fərqli janrlara müraciət olunsun. Çətin oldu, kastdan geridönüş olmadı. Yolda qarşına daş çıxanda geri qayıdırsan? Yox, o daşı götürüb yoluna davam eləməlisən.

- Sovet dövründə ikinci rejissoru "qərargah rəisi" adlandırırdılar. İşi çox olsa da, maaşı yaxşı olurdu. Bu gün ikinci rejissor o vaxtkı funksiyasını davam etdirə bilirmi?

- Sovet dövründə ikinci rejissor həm maaş alırdı, həm də qonorar. Sistem tam fərqli idi. Sovet İttifaqı dağılandan sonra bu sistem ləğv olundu və qonorar əsaslı iş rejiminə keçildi.

Mənim ikinci rejissor olmağımın da əsas səbəbi maliyyə idi. Film çəkmək istəyirdim, amma büdcəm yox idi. Uzun müddət ikinci rejissor kimi fəaliyyət göstərdim. Maliyyə baxımından rahat idim, amma yaradıcılığa vaxt ayıra bilmirdim. Məsələn, "Yoxdu belə söhbət" filmində ikinci rejissor idim. Gündüz çəkilişdə idim, gecə isə Emil Quliyevlə bir kafedə oturub "İkinci pərdə"nin ssenarisini yazırdıq. Çay almağa belə pulumuz yox idi. Stəkanı 20 qəpiyə çay verirdilər, ona görə həmin kafeyə gedirdik (Gülür). İkimiz də ailəli adam idik, amma nə edə bilərdik? Gecə saat 12-də kafe bağlanırdı, biz də düşüb aşağıda skamyada oturub yazırdıq.

- Çəkdiyiniz əziyyətə dəydi?

- Mən bu yaşadıqlarımı əziyyət hesab etmirəm, sevdiyim işlə məşğulam. Mən döyüşürəm, son nəticədə qələbə qazanıb-qazanmadığım o qədər də önəmli deyil. Ən azından biz cəhd etdik. Maddi baxımdan qələbə olmasa da, mənəvi baxımdan qazandıq.

- Bir çox kino adamı sahədəki problemləri dilə gətirəndə "Azərbaycanfilm" kinostudiyasının bina problemini vurğulayır. Həqiqətən, bir bina məsələsinin həlli kinodakı problemləri həll edə bilərmi?

- Həm dəyişəcəkdi, həm də yox. Baxın, bu balaca otaqda biz nə qədər iş görürük - iki serialın montajı burada həyata keçirilir. Bura həm ofisimizdir, həm də görüş yerimiz. İş görmək istəyən üçün məkanın böyüklüyü o qədər də vacib deyil.

Amma "Azərbaycanfilm" kinostudiyası Azərbaycanda ixtisaslaşmış yeganə dövlət studiyasıdır. Bu studiyada vaxtilə çox peşəkar kadrlar yetişib. Mən demirəm ki, oranı sadəcə təmir edib muzey kimi saxlasınlar. Xeyr. Orada ofislər olmalıdır, müasir şərait yaradılmalıdır. Ora bizim kino üçün bir məbəddir. Orada yenidən real işlər görülməlidir. Oranı sənaye obyektinə çevirmək lazımdır. Bu, bizim görə biləcəyimiz iş deyil, konkret dövlət qərarları və islahatlarla olmalıdır. Həm də kino sahəsində elə ixtisaslar var ki, bizim universitetlərdə onlar tədris olunmur - məsələn, səs rejissoru, ikinci rejissor, qrim rəssamı, dekor rəssamı və s. Bütün bu kadrlar kinostudiyada yetişirdi. Buna görə də studiyanın saxlanması vacibdir.

- Bu gün Azərbaycanda müharibə filmi çəkmək məsələsində hansı çətinliklər var?

- Birinci Qarabağ müharibəsi dövründə film çəkməmək müəyyən qədər başadüşülən idi. Məğlub ruhla qalibiyyət ruhunda film çəkmək mümkün deyildi. Amma buna baxmayaraq, həmin dövrdə də keyfiyyətli işlər ərsəyə gəldi. Məsələn, "Fəryad", "Sarı gəlin", "Nabat" - bu filmlər hər hansı torpağı işğal olunmuş ölkəyə uyğunlaşdırılsa, yerinə düşər. Onlar ümumbəşəri mövzulardır. Müharibə filmi sadəcə döyüş səhnələrindən ibarət deyil. Döyüşsüz də müharibə filmi çəkmək olar. Məsələn, "Tütək səsi" filmində partlayış varmı? Yoxdur. Amma sən qəhrəmanın yerinə özünü qoyursan və düşünürsən ki, bu insan geri qayıtdığında arxada qoyduqlarını necə tapacaq? Hər insanın öz hekayəsi var, müharibənin yaratdığı travmalar var. Bu, ciddi bir prosesdir və filmlər davamlı şəkildə çəkilməlidir. Bizdə bu proses bir qədər ləng gedir. Proses dayandıqca yük insanların çiynində qalır. Maşın hərəkət etməyəndə düşüb onu itələmək lazım gəlir. İnsanlar o qədər fədakar olmalıdırlar ki, nə qədər çətin olsa da, bu işi davam etdirsinlər. Əgər biri bu işi yarımçıq qoysa, digərinin boynuna artıq iki nəfərlik yük düşür. Əks halda ləngimə qaçılmaz olur. Amma bədbin deyiləm. Yaxşı filmlər hələ çəkiləcək.

- Azərbaycan kinosunda real dəyişikliklərin baş verməsi üçün ilk növbədə hansı üç addım atılmalıdır?

- Birincisi, siyasi qərar verilməlidir. İkincisi, "Kino haqqında" qanun layihəsi qəbul olunmalıdır. Üçüncüsü isə bu sahəyə kino şirkətləri və investorlar cəlb edilməlidir. Qanun layihəsində əhəmiyyətli məqamlar yer almalıdır. Güzəştlərdən tutmuş, bu sahəyə stimul verəcək məsələlərə qədər. Tanıdığım elə peşəkar kino mütəxəssisləri var ki, bu gün kino sahəsindən kənarda, tamam başqa sahələrdə çalışırlar. Azərbaycanda heç kim onları buna görə qınaya bilməz. Axı onlara nə vaxt uyğun şərait yaradılıb ki, burada qala bilsinlər? Onlar məcburiyyət qarşısında belə bir yol seçiblər, çünki reallıq bunu tələb edir.

- Kino sahəsi ilə bağlı tez-tez tənqidi fikirlər səsləndirir, yazılar yazırsınız. Bu sizə çətinlik və ya maneələr yaratmırmı?

- Olub, əlbəttə, amma olsun da. Mən özümə güvənirəm. İnsan həm özünə, həm də məşğul olduğu sahəyə inanmalıdır. Özünə sual verməlidir: "Mən bu işi bacarırammı?" Əgər sən gördüyün işə ciddi yanaşmırsansa, bu, təkcə sənə deyil, həm də ətrafındakı həmkarlarına ziyandır. Mənim yaxşı film çəkməyim digər rejissorlar üçün də müsbət nümunə ola bilər. Tənqid məsələsinə gəlincə, mən heç vaxt haqsız və əsassız fikir bildirməmişəm. Məsələn, bir dəfə yazdığıma görə nazir müavini zəng etmişdi. Mən də dedim ki, nazir müavini o qədər boşdur ki, bir rejissorun yazısını güdür? Əgər bu qədər boş vaxtı varsa, getsin başqa işlə məşğul olsun. İndi şükür, belə hallar azalıb, amma əvvəllər olurdu. Mənə mane olmağa çalışıblar, lakin bu, məni yolumdan döndərməyib.

Əgər rejissorluq alınmasa, gedib ssenari yazacağam. O da olmasa, sənədli film çəkəcəyəm. Bəli, bəzən prosesləri gecikdirə bilərlər, amma nə olsun? Üç gün sonra olar, əsas odur ki, dayanmaq yox, mübarizə aparmaq lazımdır. Rəsmi olaraq AzTV-nin işçisiyəm, amma eyni zamanda Xəzər TV və İctimai TV üçün seriallar hazırlayıram. Yəni biri alınmasa, digəri olacaq. İnsan daim öz üzərində işləməlidir. Bütün günü şikayət etməklə, deyinməklə heç nəyə nail olmaq mümkün deyil.

- Sənədli film sahəsinə marağınız haradan yaranıb? Bu janrda işləmək sizin üçün nə ifadə edir?

- Əgər mənim ixtiyarımda olsa, daha çox sənədli film çəkərdim, çünki bu janra özümü daha yaxın hiss edirəm. Sənədli film mənə görə həyatın özü qədər maraqlıdır - realdır, uydurmursan, hekayənin və qəhrəmanın izinə düşürsən, hadisələri daha dərindən hiss edirsən.

"Başlıbel" sənədli filmini iki ilə çəkdik. O illər ərzində həmin faciənin qurbanlarını tapdıq. Onların ən böyük problemi o idi ki, hər yerə səpələnmişdilər: 10 ailə Gəncədə, 3 ailə Mingəçevirdə, 5 ailə isə Ağdamda yaşayırdı. Onları tapmaq və razı salmaq uzun və çətin proses oldu. Daha sonra onları Başlıbelə apardıq. Ora müharibədən yeni çıxmış bir kənd idi, nə işıq vardı, nə qaz. Üstəlik, Başlıbel Kəlbəcərin sonuncu kəndi idi, ondan sonra artıq Ermənistan gəlirdi. Ora sonuncu dəfə 1993-cü ildə ayaq dəymişdi. Ailələr arasında danışmaqdan imtina edənlər oldu, amma hamısını razı saldıq. Çünki bir mövzu üzərində elə işləmək lazımdır ki, sonrakı nəsillər bir də həmin məsələyə qayıtmağa ehtiyac duymasın. Sənədli filmin gücü də bundadır - o, arxivdir. Başlıbel dirçələcək, ailələr geri qayıdacaq, orada uşaqlar doğulacaq, bir də o işğal dövrü yaşanmayacaq. Bax, həmin zaman bu sənədli film çox böyük dəyər kəsb edəcək.

Şuşa azad ediləndə hər kəs oraya böyük həvəslə getdi. Mən isə tamam fərqli bir film çəkmək istədim. Orada qədim bir türmə var. Xurşidbanu Natəvan tikdirib, sonradan sovet dövründə həbsxanaya çevrilib. Şuşa işğal olunduqdan sonra həmin yerdə hərbi əsirlər saxlanılıb. Mən iki hərbi və bir mülki əsiri tapdım, onlar 1994-cü ildə həmin türmədən əsir kimi çıxmışdılar. İndi isə azad ölkənin vətəndaşı kimi ora qayıtdılar.

Hazırda hər şey daha yaxşıya doğru gedir. Sənədli filmlər isə ona görə vacibdir ki, yaddaş funksiyası daşıyır və tarixdə baş verənlərin unudulmasının qarşısını alır. Birinci Qarabağ müharibəsindən çox az material əldə etmişik. Cəmi bir neçə nəfər - Çingiz Mustafayev, Seyidağa Mövsüm və bir neçə başqası o dövrü lentə alıb. Yaxşı ki çəkiblər - bu, böyük fədakarlıq idi. Onların sayəsində biz o hadisələr haqqında bu gün danışa bilirik.

Şuşada film çəkəndə bir zabitlə tanış oldum. Söhbət zamanı dedi ki, uşaq olanda iki filmə baxırmış: "Dolu" və "Üçüncü günün adamı". Deyirdi, biz də qaçqın olmuşuq və mən bu filmlərə baxıb qərara gəlmişdim ki, zabit olacağam. Çünki evimizə qayıtmalıydıq. Filmin təsiri budur, o, insanlara yol göstərir, cəmiyyətin hadisələri unutmasına imkan vermir.

Bəli, bizim müharibəmiz dünya tarixində kiçik bir müharibə sayılır - cəmi 44 gün. Amma o 44 gün ərzində biz böyük bir iş gördük. Bu isə sənədli filmlərlə daha yaxşı yadda qalacaq.

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri