Icma.az
close
up
RU
“Bizdə startaplar niyə azdır?.. “Hər böyük startap əslində bir etirazdan başlayır...” EKSPERT

“Bizdə startaplar niyə azdır?.. “Hər böyük startap əslində bir etirazdan başlayır...” EKSPERT

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Bu sualları verə bilməyən cəmiyyət innovasiya yarada bilməz.  Çünki innovasiya  intellektual itaətsizlik tələb edir..”

“Startap innovasiya deməkdir, innovasiya isə ilk növbədə tənqidi düşünmə tələb edir.Tənqidi düşüncənin zəif olduğu mühitdə innovasiya mümkündürmü?..”

“Azərbaycanın qlobal startap reytinqində bir ildə 7, son 5 ildə isə 11 pillə geriləməsi əslində iqtisadi indikator yox, intellektual indikator kimi dərk edilməlidir. Çünki  startap sadəcə şirkət deyil — yeni düşünmə  tərzidir…”  

“Əsas məsələ budur ki, innovativ sahibkarlıq zəifdir, bu isə sərbəst düşüncə,  risk mədəniyyəti,  sual vermək bacarığı, avtoritetə tənqidi yanaşma  cürəti, eksperiment aparmaq cəsarəti  üzərində qurulur…”

“Bizdə uzun illər ərzində çox təhlükəli bir düşüncə modeli formalaşıb:  tənqidi yox, tərifli düşüncə.   Bu modeldə əsas məqsəd problemi həll etmək yox, “hər şey yaxşıdır” görüntüsü yaratmaq olur…”  

“Bizdə innovasiya daha çox tərif texnologiyalarında hiss edilir.  Bu isə innovasiya yox, “simulyasiya iqtisadiyyatı” yaradır…”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Bizdə startaplar  niyə  azdır? Problem təkcə  iqtisadiyyatda deyil, həm də düşüncə sistemindədir...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Azərbaycanın qlobal startap reytinqində son illərdə davamlı olaraq geriləməsi təsadüfi hadisə deyil. Bu, təkcə texnologiya sektorunun zəifliyi və ya investisiya çatışmazlığı ilə bağlı məsələ  deyil. Problem daha dərindir. Məsələ cəmiyyətin düşüncə modeli, idarəetmə fəlsəfəsi və təhsil sisteminin durumu ilə bağlıdır. Düzdür, təhsil naziri etiraf edir ki, təhsil olmasa, innovasiya olmaz, amma hələ də nə təhsil, nə innovasiya, nə də startap var. Təhsil  naziri bəlkə düşünür ki, “İnnovasiya şəhərciyi” tikməklə məsələ həll olacaqdır?  Xeyr,  heç nə dəyişməyəcəkdir. 4000 məktəb tikməklə, 30 il universitetlərdə təmir-tikinti aparmaqla təhsil inkişaf etdimi, indi də  “İnnovasiya şəhərciyi” tikməklə innovasiya və startap yaransın... 

Azərbaycanın qlobal startap reytinqində bir ildə 7, son 5 ildə isə 11 pillə geriləməsi əslində iqtisadi indikator yox, intellektual indikator kimi dərk edilməlidir. Çünki  startap sadəcə şirkət deyil — yeni düşünmə  tərzidir.  Startap innovasiya deməkdir, innovasiya isə ilk növbədə tənqidi düşünmə tələb edir.

Tənqidi düşüncənin zəif olduğu mühitdə innovasiya mümkündürmü?.. Çox böyük ehtimal ki, yox.  Startapın əsas resursu da pul deyil, düşüncədir...   

Çox vaxt hesab edirik ki, startap ekosisteminin əsas problemi maliyyədir: investor azdır, fond yoxdur, texnologiya zəifdir.  Bunlar doğrudur. Amma bunlar nəticədir, səbəb deyil.  Əsas məsələ budur ki, innovativ sahibkarlıq zəifdir, bu isə sərbəst düşüncə,  risk mədəniyyəti,  sual vermək bacarığı, avtoritetə tənqidi yanaşma  cürəti, eksperiment aparmaq cəsarəti  üzərində qurulur. Yəni  startap ekosistemi əslində “iqtisadi sistemdən” çox “intellektual atmosferin məhsuludur”.  Əgər cəmiyyətdə səhv etmək qorxusu varsa, fərqli fikir təhlükə sayılırsa, tənqid loyallıq problemi kimi qəbul olunursa, təşəbbüs inzibati nəzarətlə boğulursa, orada innovasiya uzun müddət yaşaya bilməz… 

Tənqidin boğulduğu yerdə innovasiya niyə ölür?.. 

İnnovasiya mahiyyətcə mövcud sistemi sorğulamaqdır.  İnnovator  hamının gördüyünü görür, heç kimin düşünmədiyini düşünür.  Hər böyük startap əslində bir etirazdan başlayır: “mövcud sistem niyə belə işləyir?”, “bunu daha yaxşı etmək olmazmı?”,  “hamının normal saydığı şey əslində səhv deyilmi?”… 

Bu sualları verə bilməyən cəmiyyət innovasiya yarada bilməz.  Çünki innovasiya  intellektual itaətsizlik tələb edir. Məhz buna görə  müstəqil universitetlər, akademik azadlıq,  açıq debat mühiti,  tənqidi mətbuat, müstəqil ekspertiza, səriştəli və vicdanlı ekspertlər olan ölkələr innovasiya istehsalında daha güclü olur. Bizdə isə ekspertlərin təklifinə, təşəbbüsünə,  tənqidinə baxan yoxdur.  Xüsusən də təhsil sistemində bu sahədə durum ağırdır… 

Bir çox KİV mütəmadi  təhsil problemlərindən yazır, konkret faktları qeyd edir, amma təhsil menecerləri ictimai  rəyə əhəmiyyət vermirlər, hərçənd  ölkə prezidenti mütəmadi olaraq ictimai nəzarət  haqqında  aktual fikirlər səsləndirir:  

“Bizim üçün əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri:  alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər  iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək. Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki,     bizə yeni imkanlar qazandıracaq...”   

“Tərif təfəkkürü” və imitasiya mədəniyyəti...  

Bizdə uzun illər ərzində çox təhlükəli bir düşüncə modeli formalaşıb:  tənqidi yox, tərifli düşüncə.   Bu modeldə əsas məqsəd problemi həll etmək yox, “hər şey yaxşıdır” görüntüsü yaratmaq olur.  Nəticədə  real problemlər gizlədilir, statistik kosmetika yaranır,  imitasiya inkişafın yerini tutur, “PR” idarəetmənin alternativinə çevrilir.  Ən təhlükəli məqam isə budur ki, belə mühitdə kreativ enerji yanlış istiqamətə yönəlir.  İnsanlar yeni texnologiya yaratmağa yox, uğursuzluğu uğur kimi təqdim etməyə, adi işi “tarixi nailiyyət” kimi göstərməyə,  “uğur” milçəyindən fil düzəltməyə meyilli olur, buna daha çox intellekt sərf edirlər. Bizdə innovasiya daha çox tərif texnologiyalarında hiss edilir.  Bu isə innovasiya yox, “simulyasiya iqtisadiyyatı” yaradır. 

Belarus nümunəsi maraqlıdır… 

Maraqlıdır ki, postsovet məkanında elm və baza təhsili baxımından nisbətən güclü görünən ölkələrdən biri Belarusdur. Amma bu, avtomatik innovasiya ekosistemi yaratmayıb. Bu çox vacib dərsdir: yaxşı riyaziyyat və fizika biliyi təkbaşına innovasiya yaratmır.  İnnovasiya üçün  azad intellektual mühit, sahibkarlıq azadlığı,  risk kapitalı,  açıq rəqabət,  fərqli düşüncəyə dözümlülük lazımdır. Əgər sistem mərkəzləşmiş, həddindən artıq inzibati,  qorxu əsaslıdırsa,  onda hətta güclü təhsil də  sadəcə “yaxşı icraçı” yetişdirir, amma innovator yox... 

Təhsil sistemi niyə startap yarada bilmir?..  

Azərbaycan təhsil sisteminin əsas problemlərindən biri  reproduktiv düşüncə istehsal etməsidir.  Şagird və tələbə sual verməyə yox, düzgün cavabı tapmağa, risk etməyə yox, səhv etməməyə,  araşdırmağa yox, əzbərləməyə  öyrədilir. Bunda repetitorluğun, test texnologiyalarının ziyanlı təsiri aydın görünür. Belə sistemdən  itaətkar məmur çıxır, amma innovator çıxmır.  Halbuki startap mədəniyyəti üçün  eksperiment,  qeyri-müəyyənlik,  yaradıcı xaos, multidissiplinar düşüncə,  problem həll etmə bacarığı  lazımdır.   Bu  keyfiyyətlər isə klassik postsovet pedaqogikasının  zəif tərəfləridir...  

İnnovasiya  iqtisadiyyatı qurmalıyıq… 

Azərbaycanda tez-tez texnoparklar, innovasiya mərkəzləri, startap forumları yaradılır. Amma çox vaxt bunlar  institusional vitrin, tədbir iqtisadiyyatı, hesabat üçün fəaliyyət  səviyyəsində qalır.  Çünki innovasiya bina ilə yaranmır.  İnnovasiya  universitet mədəniyyəti,  intellektual azadlıq,  tənqidə münasibət, uğursuzluğa tolerantlıq,  meritokratiya olan yerdə yaranır.  Əgər cəmiyyət tənqidi təhlükə,  fərqliliyi problem,  sualı hörmətsizlik hesab edirsə, orada startap ekosistemi süni şəkildə qurula bilməz… 

Bəs nə etməli?..   

Əgər Azərbaycan real innovasiya iqtisadiyyatı qurmaq istəyirsə, ilk növbədə bu dəyişiklərə  getməlidir: 

1. Təhsil fəlsəfəsi dəyişməlidir.  Təhsil  əzbərçilikdən problem həllinə,  tənqidi düşüncəyə,  layihə əsaslı öyrənməyə keçid etməlidir.

2. Universitet modeli dəyişməlidir.  Universitetlər  diplom fabriki yox,  fikir və eksperiment laboratoriyası olmalıdır. 

3. Tənqidə münasibət dəyişməlidir.  Tənqid düşmənçilik yox,  inkişaf mexanizmi kimi qəbul edilməlidir (bizdə hətta ingilisdilli, ABŞ təhsilli menecerlər də tənqiddən çox  qorxurlar). 

4. Sahibkarlıq mühiti dəyişməlidir. Startap üçün  hüquqi təhlükəsizlik, azad rəqabət, risk kapitalı,  müstəqil məhkəmə sistemi  vacibdir. 

5. Dövlət idarəetməsi də transformasiya edilməlidir. Resurs iqtisadiyyatından, innovativ iqtisadiyyata keçid bunu tələb edir.  İnnovasiya  həddindən artıq mərkəzləşmiş sistemlərdə zəifləyir. Çünki  kreativlik müəyyən qədər azadlıq, spontanlıq,  qeyri-rəsmi əməkdaşlıq  tələb edir… 

Beləliklə,  Azərbaycanın startap reytinqində geriləməsi texniki problem deyil. Bu, ölkənin  düşüncə sistemi,  idarəetmə fəlsəfəsi, təhsil modeli, intellektual atmosferi  haqqında ciddi siqnaldır.  Əgər biz  tənqidi düşüncəni boğmağa, imitasiya uğurları şişirtməyə,  “PR”-ı inkişafın yerinə qoymağa davam etsək,  o zaman innovasiya iqtisadiyyatı qurmaq çox çətin olacaq. 

Startap texnologiyadan əvvəl düşüncə hadisəsidir.  Azad düşüncə olmadan isə innovasiya uzunömürlü ola bilməz…”

Müəllif:  dosent İlham Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 May 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri