Icma.az
close
up
RU
“Bizə çatanda xəncəri götürüb düşür komandanın üstünə” Zaur Axundov

“Bizə çatanda xəncəri götürüb düşür komandanın üstünə” Zaur Axundov

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Növbəti mövsümlə bağlı bir məsələni açıqlayım. Naxçıvan Futbol Federasiyasında qalıb-qalmayacağım, kluba himayədarlıq edib-etməyəcəyim sual altındadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Futbolxeber.az-a Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib. 

O, “Araz-Naxçıvan”ın durumundan, özünü federasiyadakı gələcəyindən danışıb: “Bilirsiniz ki, bu klubu biz yaratmışıq. Maliyyəni də hər zaman biz ayırmışıq. 2023-cü ildə “Araz-Naxçıvan” Premyer Liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından. Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir. Qısa zamanda kiçik büdcə ilə Elmar Baxşıyevin rəhbərliyi altında bürünc medal qazandı, UEFA Konfrans Liqasında “Aris” kimi klubu mübarizədən kənarlaşdırdı. Təəssüf ki, komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi. Kiməsə zəng vurub demək ki, kluba pul ayırın, bu, mənim xasiyyətimə yaddır. Dövlət tərəfindən, AFFA tərəfindən hər kluba dəstək var. Lakin təkcə həmin maliyyə vəsaiti ilə iddialı klub yaratmaq qeyri-mümkündür. Belədə sadəcə liqada qalmaq uğrunda mübarizə apara bilərsən. Mən isə belə şeyə öyrəşməmişəm.

Z.Axundov Ceyhun Sultanovun “Araz-Naxçıvan”ın prezidenti olacağını təsdiqləyib: “Bəli, mənim belə bir qərarım var idi. Lakin indiki məqamda gözləmə mövqeyindəyəm. Klubun gələcək taleyi ilə bağlı Naxçıvan rəhbərliyi ilə də, AFFA rəhbərliyi ilə də söhbətimiz olacaq. Dediyim kimi, mən tək qalmışam və belədə “Araz-Naxçıvan”ın iddialı olması bir qədər çətindir”.

Federasiya prezidenti Premyer Liqadakı qalmaqallı hakim qərarlarına və “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevin “Zirə”yə 0:2 uduzduqdan sonra referilərlə bağlı sərt çıxışına da münasibət bildirib: “Ehtiram bəyə hörmətlə yanaşıram, futbolu sevən adamdır, yatırımlar edir. Hakim səhvləri də futbolun ayrılmaz tərkib hissəsinə çevrilib. Ona qalsa, bizim də oyunlarımızda dəfələrlə hakim səhvləri olub. Təbii ki, bu səhvlər nəticəyə təsir edir. 2-3 tur qabaq bizim də narazı qaldığımız məqamlar var idi. Oyun zamanı bir qədər çılğın oluruq. Lakin sonradan vəziyyətin təhlilinə baxarkən gördük ki, bəli, hakim düzgün qərar vermişdi.

Yeri gəlmişkən, onu da deyim ki, mən bütün futbol verilişlərinə baxıram. Bilmədiyim məqamları öyrənirəm, maraqlı təhlillər edirlər. Mən həmişə jurnalistlərə hörmətlə yanaşıram. Elə olur ki, təhlillərdən nəsə öyrənirəm, bunu da özüm üçün normal sayıram. Amma “İdman” kanalında Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov nədənsə daim “Araz-Naxçıvan” haqqında mənfi fikirlər səsləndirir. Xaqani müəllimlə çoxdan tanışıq. Hələ o, hakim olan vaxtlardan. Görəndə özündən də soruşacam, sadəcə mənə maraqlıdır, son 6 ayda hər bazar ertəsi o, ancaq “Araz-Naxçıvan”ın əleyhinə danışır.

Bilmirəm niyə? Digər komandalardan danışırlar, növbəti “Araz-Naxçıvan”a çatanda başlayırlar ki, xaosdur, bilinmir nə komandadır, buna futbol ictimaiyyəti də baxır axı. Niyə komanda haqqında mənfi rəy yaratmağa çalışırlar? Əgər Xaqani Məmmədovun Azərbaycan futboluna canı yanırsa, əksinə, dəstək olsun, Naxçıvan stadionundan danışsın. Bəlkə nəyəsə faydası oldu. Bütün komandaları təhlil edirlər, növbə “Araz-Naxçıvan”a çatanda Xaqani müəllim xəncəri götürüb düşür komandanın üstünə (gülür). Verilişə futbolçular da baxır. Qərəzi hakimlərdən çox Xaqani Məmmədovun bu cür açıqlamalarında görürəm. Keçən dəfə Tərlah Əhmədovla birgə danışırlar... Tərlan Əhmədov yaxın keçmişə nəzər salsaydı, inanmıram elə sözlər deyərdi. Çox şeyləri açıqlamaq olmur. Belə olmaz da. Komanda udanda da mənfi fikirlər səsləndirirlər, uduzanda da. Komandanın içində xaos var deyirlər. Belə maraqlıdırsa, futbolu ürəkdən sevirlərsə, Xaqani Məmmədov gəlsin məndən soruşsun, vəziyyətlə maraqlansın. Fritz Stuçlik də getdi, hamı da getdi, indi düşüb “Araz Naxçıvan”ın üstünə”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Aprel 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri