Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Bizə elə sülh sazişi lazımdır ki...” Azay Quliyev

“Bizə elə sülh sazişi lazımdır ki...” Azay Quliyev

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu sözlər millət vəkili Azay Quliyevə məxsusdur. O xatırladıb ki, cənab İlham Əliyev dəfələrlə bu barədə fikrini bildirib və Tramp administrasiyası dönəmində ölələrimiz arasında olan xoş münasibətləri xatırladaraq yeni dönəmdə də qarşlıqlı maraqlara söykənən əməkdaşlığa, hətta, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə hazır olduğunu qeyd edib:
- İndi artıq Prezident Tramp əməli addım ataraq Prezident Əliyevi ABŞ-a dəvət etməklə ikitərfəli münasibətləri yenidən qurmağa, zədələnmiş əlaqələri bərpa etməyə hazır olduğunu bəyan etmiş oldu. Əminəm ki, bu səfər Azərbaycan-ABŞ münasibətlərində yeni keyfiyyət mərhələsinin əsasını qoyacaq, ikitərəfli gündəliklə bağlı bütün məsələlər ətraflı müzakirə olunacaq və strateji tərəfdaşlığın yol xəritəsi hazırlanacaq. Strateji tərəfdaşlığın qarşısında əsas maneə olan 907-ci düzəlişin ləğvi gözlənilir. Bu səfərin həm də çox ciddi geosiyasi nəticələri olacaq, Azərbaycanın regiondakı liderlik rolunu daha da möhkəmləndirəcək və Zəngəzur dəhlizinin bizim maraqlarımıza uyğun açılması baş tutacaq. Şübhə yoxdur ki, dünyada baş verən təhlükəsizlik böhranı, regionda artan gərginliyin və Rusiyanın ölkəmizə qarşı sərgilədiyi qeyri-dost siyasəti və ritorikası fonunda Azərbaycanla ABŞ arasında dostluğun və əməkdaşlığın yenidən dirçəldilməsi və strateji xarakter alması xüsusi əhəmiyyətə malikdir.
Nəhayət, onu da xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Liderinin ABŞ-a yüksək səviyyədə rəsmi səfərə dəvət olunması və əldə olunacaq tarixi razılaşmalar ilk növbədə Prezident İlham Əliyevin beynəlxalq arenada artan nüfuzu, diplomatik məharəti, siyasi iradəsi və regionda yaratdığı yeni reallıqlarla birbaşa bağlıdır. Sülhlə bağlı əldə olunan istənilən nəticə müharibəni qazanmış Prezident İlham Əliyevin təntənəli qələbəsisdir!
O ki qaldı sülh sazişi ilə bağlı sualınıza, bəli, Vaşinqtonda həm ikitərəfli, həm də üçtərəfli formatda, yəni, Tramp-Əliyev-Paşinyan görüşünün baş tutacağını və Ağ Evdən verilən bəyanatları nəzərə alsaq, sülh sazişi istiqamətində ciddi addımların atılacağını və müvafiq sənədin imzalanacağını söyləmək mümkündür. Bildiyiniz kimi, sülh sazişinin mətni bu ilin mart ayında tərəflər arasında razılaşdırılıb, lakin onun imzalanması üçün Ermənistanın konstiutusiyasından ölkəmizə qarşı ərazi iddiası olan hissənin çıxarılması və ATƏT-in Minsk qrupu və ona aid strukturların rəsmən ləğv edilməsi məsələsi həllini tapmayıb.
Hesab edirəm ki, Vaşinqtonda Ermənistan Baş naziri Nikol Paşinyan hər iki məsələ ilə bağlı ciddi öhdəlik götürəcək, Minsk Qrupu və ona aid strukturların ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-ə birgə yazılı müraciəti də qəbul olunacaq.
- Prezident İlham Əliyevin də dediyi kimi, sazişin hazırkı iqtidarla deyil, erməni xalqı ilə bağlanması əsas məsələdir. Bu sazişə bütün Ermənistanın etimad etməsi önəmlidir. Erməni xalqı davamlı sülhə hazırdırmı, ümumiyyətlə hansı proseslər tərəfləri davamlı sülhə apara bilər?
- Bəli, cənab Prezidentin bu yanaşması həm hüquqi, həm siyasi, həm tarix, həm də gələcək baxımdan çox doğru və strateji yanaşmadır. Çünki Prezident Əliyev sülh sazişini formal olaraq sülh sənədinin əldə edilməsi naminə imzalamır, burada əsas məqsəd hazırkı və gələcək nəsillərə real sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün əsaslı mexanizmlər yaratmaqdan ibarətdir. Erməni xalqı revanşist qrupları və azərbaycanafob ünsürləri cəmiyyətdən tam olaraq təcrid etməsə, milli ideologiyasını dəyişməsə qalıcı sülhə nail olmaq mümkün olmayacaq. Ermənistan cəmiyyəti konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxartmasa, heç bir sənəd qalıcı sülhü və barışı təmin edə bilməyəcək. Bizə elə bir sülh sazişi lazımdır ki, hökumətlərdən asılı olmadan heç vaxt pozulmasın, heç bir üçüncü tərəf son 200 ildə olduğu kimi qanunvericilikdə olan “partlamamış minalardan” istifadə edərək yenidən Cənubu Qafqazda milli və etnik zəmində münaqişəni alovlandıra bilməsin. Məhz buna görə də bizim Prezidentin sülh siyasəti bu günə deyil, bundan sonrakı on illiklərə hesablanıb və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı və qətiyyətlə dəstəklənir.
- Siz Qarabağ azad olmamışdan əvvəl Ermənistana rəsmi səfərdə olmuşdunuz. Həmin vaxtla indiki dönəm arasında hansı fərqləri müşahidə edirsiniz?
- Mən 2012-ci lin fevralında Avronest Parılament Assambleyasının İrəvanda keçirilən Komitə iclasında iştirak etmişəm. Həmin dövrdə ermənilər özlərini qalib kimi aparır və hər vəchlə münaqişənin və ərazilərimizin işğal olunması faktının müzakirə olunmamısına çalışırdılar. Əsas məqsədləri də o idi ki, Azərbaycanın torpaq itkisi ilə razılaşmasına və heç nə olmamış kimi Ermənistanla iqtisadi əməkdaşlığa başlamasına, bununla da, işğalın nəticələrinin legitimləşdirilməsinə nail olsunlar. Hətta, İrəvanda Avronestin rəsmi iclasının keçirildiyi parlamentdə çıxış edib Ermənistanı işğalçı adlandıranda və “Azərbaycanın 20 faiz ərazisinin işğaldan azad olunmadığı təqdirdə hər hansı bir əməkdaşlığın mümkün olmadığını” deyəndə mənə açıq şəkildə hücum etdilər, depuat Nairə Zöhrabyan isə bir az da irəli gedərək “əgər erməni xalqı qonaqpərvər xalq olmasaydı, səni bu sözlərinə görə öldürərdik” dedi. Bütün bunlar avropalı deputatların və medianın gözü önündə baş verdi. Sizin sualınıza cavab olaraq bunları ona görə xatırladıram ki, Vətən müharibəsindən əvvəl ermənilər hansı əhval-ruhiyyədə olmasını açıq təsəvvür edək.
Azərbaycanın Müzəffər Ali Baş Komandanı və şanlı ordusunun qətiyyəti və şücaəti nəticəsində torpaqlar işğaldan azad olunduqdan sonra, təbii ki, Ermənistan cəmiyyətində “miatsum” mifi tamamilə qırıldı, 100 illik xəstə millətçilik təfəkkürü və ideologiyası iflasa uğradı və ermənilər acı həqiqət və reallıqla üz-üzə qaldılar. Müharibədən əvvəl “Qarabağ Ermənistandır” deyən Paşinyan Azərbaycanın “Dəmir Yumruğu”nun təsirilə “Qarabağ Azərbaycandır” dedi və erməni cəmiyyətini mifik Ermənistan yox, real Ermənistan haqqında düşünməyə çağırdı.
ATƏT PA çərçivəsində də son iki ildə onu da müşahidə edirik ki, Paşinyanın partiyasından olan deputatlar Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olduğunu dilə gətirirlər. Hətta, təxminən 1 ay əvvəl ATƏT PA-nın Portoda keçirilən İllik Sessiyasında Ermənistanın hakim partiyasının deputatları daşnak həmkarları tərəfindən Azərbaycanın əleyhinə hazırlanmış dəyişikliyi dəstəkləməkdən imtina etdilər. Yəni, deməyim odur ki, Qarabağı işğalda saxlayan Ermənistanla, müharibədə acı məğlubiyyətə uğrayan Ermənistan arasında çox böyük fərq var. Ancaq buna baxmayaraq, erməni cəmiyyətinin sülhə hazır olması və qonşulara qarşı iddilardan tam əl çəkməsi üçün tamamilə yenilənməsinə, dediyim kimi revanşist qruplardan və düşüncələrdən təmizlənmısinə ciddi ehtiyac var.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Avqust 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri