Icma.az
close
up
RU
Bizə illər lazımdır, sərt davranmasa başına çıxarlar

Bizə illər lazımdır, sərt davranmasa başına çıxarlar

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Son zamanlar ölkəmizdəki orta məktəblərdə təhsil alan şagirdlərin məktəbə marağının azalması barədə müzakirələr gedir. Ağır dərs yükü və məktəb mühitinin, eləcə də sosial şəbəkə və telefonların şagirdləri məktəbdən uzaqlaşdırdığı deyilir.

Bütün bu müzakirələrin fonunda sosial şəbəkələrdə paylaşılan bir video diqqət çəkib.
ABŞ-də məktəblərdən birində çəkildiyi deyilən görüntülərdə məktəb direktorunun şagirdlərlə səmimi salamlaşması və zarafatlaşması öz əksini tapıb.

Sözügedən video cəmiyyətdə birmənalı qarşılanmır.

Bəziləri məktəbdə ciddi mühit yaradılmsının vacibliyini qeyd etsə də, digər qisim təhsil müəsisəsində daha sağlam mühit olduğunu düşünür.

Mövzu lə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elçin Əfəndi hesab edir ki, cəmiyyətdəki fərqliliklərə görə, bizim məktəblərdə bu cür davranış məqsədəuyğun deyil:

“Hər kəs istəyər ki, direktor və şagirdlər arasında, o cümlədən müəllimlərlə direktor arasında belə düzgün kommunikasiya olsun. Amma təəssüf ki, cəmiyyət fərqi var. Belə bir vəziyyəti təhsil müəssisələrində tətbiq etsək, düşünün ki, şagirdlər sonra nələrə əl atarlar. Çalışırıq ki, disiplin formlaşsın. Ümumi nəzarət daha da yaxşı olsun, amma fərqindəsinizsə, tələb olmaqla bərabər şagirdlər bəzi təhsil müəssisələrində auditoriyalarda hansı hərəkətlərə yol verirlər. Əlbəttə ki, bu kimi halları bizim təhsil müəssisələrinin bəzilərində rast gəlmək mümkündür. Direktorun şagirdlərlə səmimi münasibəti var və təbii ki, həmin təhsil müəssisələrinə oxuyan şagirdlərin direktora qarşı münasibətləri müsbətdir. Hər hansı kənara çıxma hallarına yol vermirlər.
Bucür davranış 4400-dən çox təhsil müəssisəsində barmaqla sayılacaq qədərdir”. 

E.Əfəndinin sözlərinə görə, bütün təhsil müəssisələrimizdə bunu tətbiq etməyimiz üçün ilk növbədə cəmiyyətin təfəkküründə bir dəyişiklik olmalıdır:

“Cəmiyyət təhsili sevərək istəməli, təhsil müəssisəsinə sevərək getməlidir, təhsili bir nömrəli sıraya qoymalıdır. Ondan sonra əyləncə, digər istiqamətlər gəlməlidir.

Təəssüf ki, bizim cəmiyyətdə bu cür ab-havanı bütün təhsil müəssisələrində formalaşdırmaq hazırda mümkün deyil və bunun üçün bizə illər lazımdır. 
Bəzi direktorlar sərt davranır, inanın ki, əgər bizim məktəblərdə direktorların zəhmi olmasa, orada hansı vəziyyət yaranar. Bizdə harada direktorların boşluğu varsa, bundan fürsət kimi faydalanan şagirdlər var. Xüsusilə də yuxarı sinif şagirdləri. Direktor bu gün səmimi münasibət bəsləsə, auditoriyada hansı hərkətlərə yol verərlər, etik davranış halları daha da çoxalır özünüz təsəvvür edin”.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Aprel 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri