Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Əlibala Hacızadənin 90 illik ömür yolu Sözün əbədiliyi

Əlibala Hacızadənin 90 illik ömür yolu Sözün əbədiliyi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər dəfə Yazıçılar Birliyinə yolum düşəndə içimdə bir doğmalıq hiss edirəm. Pillələri qalxarkən öz özümə düşünürəm: “Fuad Biləsuvarlı, sən çox xoşbəxt adamsan- bax, sənin çıxdığın bu pillələrdən bir zamanlar kimlər keçib… Əliağa Vahid, Səməd Vurğun, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Rəsul Rza və daha neçə-neçə ədəbiyyat fədailəri. Bu divarlarda onların nəfəsi, ruhu var”.

Bu dəfə də yolum Yazıçılar Birliyinə düşmüşdü.  Natəvan Klubunda görkəmli yazıçı Əlibala Hacızadənin 90 illik yubileyi ədəbi ictimaiyyətin iştirakı ilə qeyd olunurdu.

Bu günlərdə Əlibala müəllimin xatirəsini yubiley münasibətilə yazdığım məqalə ilə anmışdım. Mətbuat Şurasının sədri Rəşad Məcid həmin yazını xatırladaraq, yubiley tədbiri barədə Azərbaycan.media saytına bir reportaj hazırlamağımı tövsiyə etdi. Mən də Rəşad müəllimə söz verdim ki, bu yazı ustadın zəngin irsinə olan minnətdarlığımın ifadəsi olacaq.

Zal dolu idi. Tanınmış yazıçılar, şairlər, tənqidçilər, sənət adamları, eləcə də gənc ədəbiyyatsevərlər bir araya gəlmişdilər. Hamı bir məqsədlə toplaşmışdı: Əlibala Hacızadənin yaradıcılığının böyüklüyünü bir daha xatırlamaq, sözə və insana olan sevgisini yad etmək.

Tədbiri yazıçı, AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid aparırdı.

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, onun əsərlərindəki insani dəyərlərdən söhbət açan Rəşad müəllim ustad yazıçının yaradıcılığının insanlıq, vicdan və mənəviyyat üzərində qurulduğunu vurğulayaraq, onun ədəbiyyatımızda “sözə vicdanla yanaşan” yazıçılar nəsilinə mənsub olduğunu qeyd etdi.

Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Əlibala Hacızadənin Azərbaycan nəsrində öz dəsti-xətti ilə seçildiyini dedi:

“Onun qəhrəmanları xalqın yaddaşına hopub, çünki o, insanın ruhunu və düşüncəsini çox dəqiq duyurdu. Dili sadə, amma təsirli idi, elə bu da onu oxucuların sevimlisinə çevirdi.”

Xalq yazıçısı Elmira Axundova Əlibala Hacızadənin yüksək insani keyfiyyətlərə malik, təvazökar, səmimi və sözə vicdanla yanaşan şəxsiyyət olduğunu qeyd edərək bildirdi ki, o, həm bir yazıçı, həm də bir insan kimi hər zaman nümunə olub.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə yazıçının illərlə jurnalın səhifələrində öz ədəbi nəfəsini yaşatdığını xatırlatdı:

“Onun yazılarını oxuyanda sanki doğma bir səsi eşidirsən. Əlibala müəllim bizim ədəbiyyat tariximizin canlı parçasıdır.”

Ədəbi tənqidçi Vaqif Yusifli onun yaradıcılığının psixoloji dərinliyinə diqqət çəkdi:

“O, Azərbaycan insanının mənəvi dünyasını, ailə münasibətlərini, sevgi və vicdan məsələlərini ustalıqla qələmə alıb. Ədəbiyyatımızda onun yeri bənzərsizdir.”

Yazıçının ədəbiyyatdakı rolunu bir məktəb kimi dəyərləndirən tədqiqatçı- jurnalist Aynur Bəşirli “bu gün onun 90 illiyini qeyd etməklə, biz əslində milli ədəbiyyatımızın mənəvi yaddaşına baş əyirik” fikrini səsləndirdi.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir Əlibala Hacızadənin dilini “ sadəliyin içində fəlsəfi dərinlik” kimi səciyyələndirdi:

“O, milli ruhu və humanizmi birləşdirən yazıçıdır. Əlibala müəllim həm sözün, həm də düşüncənin tərcüməçisidir.”

Tənqidçi, “Azərbaycan” jurnalının əməkdaşı Südabə Ağabalayeva isə fikrini belə ifadə etdi:

“Bizim nəslin Əlibala Hacızadəni oxuyaraq böyüməsi təsadüfi deyil. O, oxucuya insanı, onun hisslərini, vicdanını öyrədirdi. Yazıçı kimi də, şəxsiyyət kimi də böyük idi.”

Şərqşünaslıq institutunun əməkdaşı Günay Verdiyeva Əlibala Hacızadənin əsərlərində Şərq düşüncə tərzinin xüsusi yer tutduğunu qeyd etdi:

“Əlibala müəllimin əsərlərində Şərq mədəniyyətinin dərin izləri var. Onun fikirləri, baxış bucağı Şərqin mənəvi dəyərləri ilə yoğrulub. Bu, onun ədəbiyyatdakı mövqeyini daha da unikal edir.”

AYB-nin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu onun yaradıcılığının sərhədləri aşdığını vurğuladı:

“Əlibala Hacızadə yalnız Azərbaycan oxucusu üçün deyil, türk dünyasının ədəbiyyatı üçün də dəyərlidir. Onun əsərləri xalqlar arasında mənəvi körpüdür.”

Tədbirdə Xalq artisti Məleykə Əsədova da çıxış edərək, yazıçının qəhrəmanlarını səhnədə canlandırmağın aktyor üçün həm məsuliyyət, həm də qürur olduğunu bildirdi:

“Onun yaratdığı obrazlarda o qədər həyat və həqiqət var ki, sanki hər tamaşaçı özünü orada görür.”

Sənətkar  Əlibala Hacızadənin misilsiz yaradıcılığından iki nümunəni — “Qədrimi bilmədin” və “İtkin gəlin” filmindən “Sən ömrüm boyunca tək qalacaqsan”, “Sən mənə yaxınsan” şeirlərini qiraət etdi.

General Cəbrayıl Usubov çıxışında yazıçının vətənpərvərlik duyğularını, xalqına bağlılığını xüsusi qeyd etdi:

“Əlibala müəllim təkcə yazıçı deyil, həm də mənəvi dayağımız, ədəbiyyatımızın əxlaq sütunudur.”

“Ulduz” jurnalının poeziya şöbəsinin müdiri Dayandur Sevgin ustadla bağlı xatirəsini bölüşdü:

“Əlibala müəllimlə tanışlığım illərlə davam edib. Mən onun 450 səhifəlik kitabını nəşriyyata aparmaqda və nəşr işlərini təşkil etməkdə köməklik göstərmişəm. Bu, mənim üçün həm ustad qayğısı, həm də unudulmaz bir xatirədir.”

Tədbirin sonunda yazıçının qızı, əməkdar jurnalist Asiya Hacı, tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi. O, atasına göstərilən bu yüksək diqqət və ehtiramın ailə üçün ən böyük qürur olduğunu dilə gətirdi.

Səmimi ab- havada keçən tədbirdə hər çıxış, hər xatirə Əlibala Hacızadənin ədəbi irsinin gücünü, qüdrətini bir daha göstərdi. Natəvan Klubunun divarları bu dəfə də bir söz bayramına şahidlik edirdi. Tədbirdən çıxanda bir anlıq dayanıb düşündüm: bu divarların yaddaşında təkcə keçmişin deyil, həm də gələcəyin səsi var. Çünki Əlibala Hacızadə kimi yazıçılar sözün əbədiliyinə inanırdı və bu inam bu gün də ədəbiyyatımızı yaşadır.

Ruhu şad olsun!!!

Fuad BİLƏSUVARLI
Azərbaycan.media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri