Icma.az
close
up
RU
Bizi bağışla, Vəli...

Bizi bağışla, Vəli...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci Qarabağ savaşı atəşkəslə yenicə başa çatıb. Müharibədə iştirak edən könüllü batalyonlarını geri göndəriblər. O cümlədən döyüşlərdə böyük ad-san qazanmış Biləsuvar Könüllülərini də…

Bibim oğlu Vəli də geri göndərilənlər arasındadır.

Həmin vaxt hekayələr ölkəni başına götürmüşdü. Çoxu da kədərli idi deyə, insanlar sanki süni də olsa yumor axtarırdı…

Bizə bu tarixi məqam sanki boşqabda servis olunmuşdu, pəltək bibioğlu müharibdən qayıtmışdı.

Az qala hər gün onun başına yığışıb müharibə haqqında suallar verər, erməni görüb-görmədəyini soruşar, sonra da həm onun şirin pəltək şivəsini, həm də danışdıqlarını lağa qoyub 90-cı illərin əvvələnin yumor ehtiyaclarını qapadardıq…

Beləcə, Vəli bizim bu gün də davam edən 41-45 müharibəsinin veteranlarının “gördüm bir nemes zabiti düz üstümə gəlir” deyə xatirələrini danışan lətifə qəhrəmanımıza çevrilmişdi.

Bir hekayəni isə onun dilindən dəfələrcə təkrar-təkrar eşidib gülərdik.

Vəlidən döyüş xatirələrini danışmağı xahiş edəndə həmişə bu səhnəni kulminasiya kimi qəbul edib ürəyimiz gedənə kimi gülərdik.

O, öz şirin pəltəkcəsi ilə təxminən belə təsəvvür edirdi:

- Qubadlıda döyüş yodaşımla gedirdik, bidən iki nəfərin üstünə çıxdıq. Gördüm erməniyə oxşayır, gəldim bir dənə vurdum, barmağımı saldı ağzına, dişləməyə başladı. Başına bir yumruq vurdum ki, barmağımı burax…

Vəli danışdıqca onu ələ salar, heç vaxt belə səhnəni real təsəvvür etməzdik.

İllər keçdi, Vəli bir neçə dəfə arda-arda ailə qurdu, həm övladı olmadı, həm də hər dəfə boşandı deyə ciddiyyətini tamamilə itirdi…

Bir neçə il əvvəl isə Vəli həmin şirin pəltək ləhcəsi ilə bu dünyadan köçdü.

Və təbii olaraq heç nə baş vermədi də…

Aradan bu qədər zaman keçəndən sonra Biləsuvar Könüllüləri Batalyonunun komandiri olmuş əfsanəvi döyüşçü Sulduz haqqında faktları topladığım bir vaxtda onun cəsur əsgərlərindən olan Əli Bala döyüş xatirələrini danışır: ( Sulduz komandir və onun döyüş yolu haqqında ayrıca hekayəmiz olacaq)

- Birdən qarşımıza iki adam çıxdı, biz onların düşmən olmasından şübhələndik. Yaxın təmasda müəyyən hərəkətlərdən sonra onların birini vurduq. Vəli əl atdı ki, onun sinəsində gizlətdiyi maqazini çıxarsın, düşmən Vəlinin barmağını saldı ağzına, başladı dişləməyə. Vəli də onu yerə yıxıb başından vururdu ki, barmağımı burax…

Hekayə eyni idi, sadəcə, bu dəfə danışan kəkələmirdi…

Bilmirəm, nədənsə çöx böyük həm utanc, həm də qürur hissi ilə “o, mənim bibim oğlu idi” deyə pıçıldadım…

Görüş bitir və mən Biləsuvardan Bakıya kimi dodaqlarımı çeynəyə-çeynəyə ancaq bu sözləri lal dilimdə təkrarlayıram: Bizi bağışışla, Vəli…

Elbrus Ərud

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri