Gürcüstanda qalmaqallı oyun: Beşiktaş İsrail təmsilçisini 2:1 uddu
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının V turunda İsrail təmsilçisi “Hapoel Beer-Şeva”nı 2:1 hesabı ilə məğlub edib. Gürcüstanda keçirilən qarşılaşma tribunadakı insidentlərlə də yadda qalıb.
Moderator.az xəbər verir ki, Junior Olaitan 75-ci, Orkun Kökçü isə 90-cı dəqiqədə fərqlənib. Qarşılaşma zamanı Orkun penalti zərbəsindən yararlana bilməyib.
Matçın 26-cı dəqiqəsində Fələstin bayraqları qaldıran azarkeşlərə Gürcüstan polisi müdaxilə edib və gözyaşardıcı qazdan istifadə olunub. İğtişaş səbəbindən dayandırılan oyun fasilədən sonra davam etdirilib. Hadisələr zamanı bir “Beşiktaş” azarkeşi xərəkdə stadiondan çıxarılıb.
Bundan başqa, “Beşiktaş” futbolçuları oyunöncəsi mərasimdə İsrail komandasının üzvləri ilə əl sıxmayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 Noyabr 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















