Icma.az
close
up
RU
Bizi daha da yoran gizli səbəb üzə çıxdı Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı Açıqlama

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Günün yorğunluğunu atmaq, bir qədər dincəlmək üçün ayrılan vaxt belə artıq bir çox insan üçün telefondan uzaq qalmaq anlamına gəlmir. İstirahət anlarında sosial şəbəkələrə baxmaq, mesajları yoxlamaq və davamlı olaraq yeni məlumat axtarmaq ehtiyacı müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Bəs insan niyə sakitlik və fasilə anlarında diqqətini telefondan ayıra bilmir? Bu vərdişin arxasında hansı psixoloji səbəblər dayanır və davamlı telefon istifadəsi insanın emosional vəziyyətinə, diqqət qabiliyyətinə və ümumi psixi sağlamlığına necə təsir göstərir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlamasında psixoloq Ləman Kazımova bildirib ki, istirahət zamanı telefona baxmaq istəyi çox vaxt “darıxmaqdan” yox, beynimizin öyrəşdiyi mükafat sistemindən qaynaqlanır.
Onun sözlərinə görə, telefon vasitəsilə hər dəfə yeni bildiriş, video və ya paylaşımla qarşılaşdıqca beyində dopamin ifrazı artır:
“Zamanla beyin bunu tez və asan həzz mənbəyi kimi qəbul edir. Nəticədə hətta istirahət zamanı da “bir dəfə də baxım” istəyi yaranır. Bəzən isə telefon sadəcə əyləncə vasitəsi deyil. O, stresdən, narahatlıqdan, tək qalmaq hissindən və ya xoşagəlməz düşüncələrdən qaçmaq üçün istifadə olunan bir vasitəyə çevrilir. İnsan fərqinə varmadan hər boş anını ekran qarşısında keçirməyə başlayır.
 

Uzunmüddətli perspektivdə bu vərdiş beynin həqiqi mənada dincəlməsinə mane ola bilər. Diqqətin tez-tez yayınması, konsentrasiyanın azalması, yuxu keyfiyyətinin pisləşməsi, narahatlıq hissinin artması və emosional yorğunluq kimi nəticələr ortaya çıxa bilər. Paradoksal məqam ondadır ki, istirahət etmək üçün telefondan istifadə edirik, amma bəzən bu, bizi daha da yorğun hiss etdirir.


Əsl istirahət isə beynə də fasilə verməkdir. Gün ərzində qısa müddətlərdə telefondan uzaq qalmaq, təbiətdə gəzmək, kitab oxumaq, nəfəs məşqləri etmək və ya sadəcə bir neçə dəqiqə heç nə etmədən oturmaq belə psixi sağlamlıq üçün olduqca faydalıdır. Unutmayaq ki, istirahət yalnız bədənin deyil, beynin də ehtiyacıdır”, – deyə psixoloq fikrini tamamlayıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 İyul 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri